Page 482 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 482
yam Somerset Moem

TÜKSÜZ MEKSİKALI

R. soruşdu:

– Siz makaron xoşlayırsınız?
Eşenden dəqiqləşdirmək istədi.
– Siz məhz hansını nəzərdə tutursunuz? Yoxsa elə
çıxır ki, elə bil məndən şeiri xoşlayıb-xoşlamadığımı
soruşurlar. Məsələn, mən Kitsi və Vordsvortu, Verleni
və Höteni sevirəm. Bəs makaron deyəndə siz nəyi nə-
zərdə tutursuz: spaghetti, tagliatelli, vermicelli, fettucci-
ni, tufali, farfalli, yaxud, sadəcə, makaron?
Sözə xəsis R.nin cavabı qısa oldu.
– Makaron.
– Mən sadə yeməklərin hamısını xoşlayıram: qaynan-
mış yumurta, dəniz ilbizi və qara kürü, truite au blue1,
yağda bişmiş qızılbalıq, qızardılmış toyuq əti (quzu daha
yaxşı olardı), toyuq soyutması, içalatlı və düyülü kökə.
Amma bütün bu sadə yeməklərin arasında biri var ki,
mən onu Tanrının hər verən günü nəinki aclığımı sön-
dürmək üçün, əksinə, yedikcə yemək istədiyim bir iş-
tahla həzmi-rabedən keçirirəm. Həmin yeməyin adı
makarondu.
– Çox yaxşı oldu. Belə ki, mən sizin İtaliyaya getmə-
yinizi istəyirəm.
Eşenden R. ilə görüşmək üçün Liona Cenevrədən
gəlmişdi. O, birinci gəlib çıxdığından axşamacan bu
çiçəklənən şəhərin boz, hay-küylü və nasiranə küçələrini
dolaşa-dolaşa qalmışdı. İndi onlar meydandakı restoran-
da oturmuşdular. Eşenden R.ni qarşılayıb bura gətirmiş-
di. Çünki, deyilənə görə, Fransanın bu hissəsindəki
restoranların arasında qarınlarını buradan yaxşı doyu-
racaqları yer yox idi. Amma belə qələbəlik yerdə (lion-

1truite au blue – qaynadılmış alabalıq (fran.)

482
   477   478   479   480   481   482   483   484   485   486   487