Page 485 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 485
Seçilmiş əsərləri

Eşenden iki kreslonu tərpətdi: birini oturmaq, o
birini ayaqlarının altına qoymaq üçün R. ona baxıb:

– Pis fikir deyil, – dedi və o da kreslolardan birini
özünə tərəf çəkdi, dərindən nəfəs alıb ayağını onun
üstünə qoydu. Sonra maraqla soruşdu:

– Divarın o üzündəki nədi?
– Sizin yataq otağınız.
– Bəs o biri tərəfdə?
– Ziyafət zalı.
R. qalxıb ağır-ağır otaqları gəzməyə başladı. Ora-
bura boylana-boylana guya təsadüfən hər pəncərəyə göz
qoydu və təzədən öz kreslosuna qayıdıb oturanda rahat
olsun deyə, ayaqlarını uzatdı.
– Ehtiyatı əldən vermək olmaz, – dedi.
Və fikirli-fikirli Eşendenə baxdı. Onun nazik dodaq-
ları azca gülümsəyirdi, amma ağımtıl, bir-birinə yaxın
əkilmiş gözləri bumbuz dəmir kimiydi. Belə baxışlar
qarşısında nabələd adam çətin duruş gətirərdi. Eşenden
bilirdi ki, şef, sadəcə, söhbətə necə başlamağın yollarını
axtarır. Sükut, təxminən, üç dəqiqə çəkdi. Nəhayət, R.
dilləndi.
– Mən bu günə bir nəfəri gözləyirəm. Onun qatarı,
təxminən onda gəlir.
O, ani olaraq saata baxıb davam elədi:
– Həmin adamın ləqəbi Tüksüz Meksikalıdır.
– Niyə belə?
– Çünki tüksüzdür və həm də meksikalıdır.
Eşenden cavabla razılaşıb:
– Bu izahat kifayət eləyər, – dedi.
– O, özü haqqında hər şeyi danışacaq. Dildən
pərgardı. Mən onunla iynə üstə oturduğu vaxtlarından
tanışam. O, orada, öz Meksikasında hansısa inqilabda
iştirak eləyib və əynində olanıyla aradan çıxıb. Mən onu
tapanda əynində olanı da olmayan kimiydi, yararsız
hala düşmüşdü. Xətrini xoş eləmək istəyirsinizsə, onu

485
   480   481   482   483   484   485   486   487   488   489   490