Page 489 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 489
Seçilmiş əsərləri

sikada olsun. Ona pul lazımdı. Mən bura müəyyən
məbləğdə Amerika dolları gətirmişəm. Bu gün onu sizə
verəcəm. Yaxşı olardı, pulları üstünüzdə gəzdirəsiniz.

– Pul çoxdu?
– Az deyil. Mən fikirləşdim ki, zərf yığcam olsa
yaxşıdı. Odur ki, burda min dollarlıq əsginaslardı. Siz
bu pulu Andreadinin apardığı sənədlərin əvəzində Tük-
süz Meksikalıya verəcəksiniz.
Eşendenin dilinin ucunda bir sual əmələ gəldi,
amma elə orada da qaldı. Onun əvəzinə başqa şey soruş-
du:
– Bəs ondan nə tələb olunduğunu özü bilirmi?
– Əlbəttə.
Taqqıltı səsi gəldi. Qapı açıldı və Tüksüz Meksikalı
qarşılarında peyda oldu.
– Mən gəlib çıxdım. Axşamınız xeyir, polkovnik.
Sizi görməyimə şadam.
R. ayağa qalxdı.
– Necə gəldiniz, Manuel? Bu, mister Somervilldi,
general Karmon, o, sizi Neapolda müşayiət eləyəcək.
– Tanışlığımıza şadam, ser.
O, var gücü ilə Eşendenin əlini sıxdı. Eşenden üz-
gözünü turşudub:
– General, sizin əlləriniz lap dəmirdəndi, – dedi.
Meksikalı əllərinə baxıb:
– Mən bu səhər manikür elətdirmişəm, – dedi. –
Təəssüf ki, elə də yaxşı alınmayıb. Dırnaqlar daha parlaq
olanda xoşuma gəlir.
Onun dırnaqları al-qırmızıya boyanmışdı və
Eşendenin qənaətincə, lap göz qamaşdırırdı. Hava isti
olsa da, general karakul yaxalıqlı, tüklü paltoda idi.
Onun hər hərəkətindən sonra ətrafa kəskin ətir qoxusu
yayılırdı.
R. ona təklif etdi:
– General, əyninizi soyunun, bir siqar çəkin.

489
   484   485   486   487   488   489   490   491   492   493   494