Page 493 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 493
Seçilmiş əsərləri
silahlanır. Mənim qazandığım hər pens silaha və gülləyə
xərclənəcək. Şəxsən özümə pul lazım deyil. Mən əs-
gərəm, bir parça yavan çörəklə də keçinə bilərəm. Əs-
lində, cəmi üç məşğuliyyət var: müharibə, qumar,
qadın. Silahı çiyinə atıb dağlara çəkilmək üçün pul lazım
deyil. Elə əsl müharibə də budur, ağır silahların, nə bi-
lim, böyük orduların iştirak elədiyi döyüş bunun ya-
nında heç nədi. Qadınlara gəlincə, onlar məni elə pulsuz
da sevirlər, qumarda da həmişə əlim gətirir.
Qızıl qolbağlı, ətirli dəsmallı bu qeyri-adi, həm də
qəliz insan get-gedə Eşendenin xoşuna gəlməyə
başlayırdı. O, hansısa bir “adi adam” (onların hökmran-
lığına səcdə eləsək də, ürəyimizin bir yerində gülürük)
deyildi, boz kütlənin üzərində bərq vuran parlaq bir
ləkəydi, vəhşi insan təbiətinin xiridarları üçün əsl ta-
pıntıydı. Parikli başıyla, ölçüsüz iri sifətiylə, büsbütün
tüksüz, lümlüt dərisiylə o, şəkk-şübhəsiz, adamı özünə
cəlb eləyirdi. Görünüşü ilk baxışdan dodaq qaçırsa da,
qarşısındakı başa düşürdü ki, onunla zarafatın axırı
yaxşı qurtarmaz.
R. qəflətən soruşdu:
– Manuel, sizin yükünüz haradadı?
Deyəsən, Meksikalı özünün təmtəraqlı nitqini
bitirən kimi, bir qədər təkəbbürlü tərzdə verilən və heç
də yerinə düşməyən bu suala azca, lap azca dodaq büz-
dü. Amma incikliyini daha başqa heç nəylə büruzə ver-
mədi. Eşenden ürəyində fikirləşdi ki, yəqin, ali hisslərə
yabançı olan polkovniki o, qaba insan sayır.
– Vağzalda.
– Mister Somervilldə diplomatik pasportdu, əgər
istəsəniz, sizin yükünüzü öz baqajında yoxlanışsız-filan-
sız keçirər.
– Mənim şey-şüyüm elə də çox deyil, bir neçə
kostyum, bir də alt paltarı. Amma mister Somervill bu
əziyyəti öz üzərinə götürsə, həqiqətən də, pis olmaz.
Parisdən çıxanda bir topa ipək pijama aldım.
493