Page 492 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 492
yam Somerset Moem

sizi görəcəyiniz iş üçün lazım olan məbləğlə təmin
eləməkdən ibarətdi, vəssalam. Sizin bu işin öhdəsindən
hansı tərzdə gələcəyinizin ona heç bir aidiyyəti yoxdu.
Əlbəttə, əgər onun məsləhətinə ehtiyacınız olsa, nəsə
soruşa bilərsiniz.

– Mən nadir hallarda nəsə soruşuram və heç vaxt
başqasının məsləhətiylə hərəkət eləmirəm.

– Və əgər siz əməliyyatı pozsanız, ümidvaram ki,
Somervillin bu haqq-hesabdan kənarda qalacağıyla bağlı
sizə bel bağlaya bilərəm. O heç bir şəraitdə ilişməmə-
lidir.

Tüksüz Meksikalı cavabında ləyaqət hissiylə:
– Mən sözümün üstə duran insanam, polkovnik, –
dedi. – Ətimi kəssələr də, yoldaşımı satmaram.
– Elə mən də indicə Somervillə bunu deyirdim.
Digər tərəfdən əgər hər şey istədiyimiz kimi alınsa,
Somervill söhbət zamanı razılaşdırdığımız sənədlərin
əvəzində, danışdığımız məbləği sizə verəcək. Sənədləri
hansı yolla əldə edəcəyiniz artıq onluq deyil.
– Əlbəttə, belə də olmalıdır. Amma mən bir məsə-
ləni dəqiqləşdirmək istəyirəm. Ümidvaram ki, sizin
mənə etibar elədiyiniz işi yalnız pula görə görmədiyimi
Somervill dərk edir, eləmi?
R. düz onun gözlərinin içinə baxıb tərəddüdsüz-
filansız:
– Əlbəttə, – dedi.
– Mən bütün canımla və ruhumla müttəfiqlərin
tərəfindəyəm. Mən almanlara Belçikanın neytrallığına
qənim kəsilməyi bağışlaya bilmərəm. Pulu da əgər
alsam belə bu işi məhz vətənpərvərlik mövqeyindən icra
eləyirəm. Hesab eləyirəm, mən mister Somervillə qəti
şəkk gətirmədən bel bağlaya bilərəm. Eləmi?
R. başını tərpətdi. Meksikalı Eşendenə sarı döndü.
– Mənim zavallı vətənimi istismar eləyən, dilənçi
kökünə salan tiranlardan xilas eləmək üçün dəstələr

492
   487   488   489   490   491   492   493   494   495   496   497