Page 495 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 495
Seçilmiş əsərləri
daş atdı. Sonra ayağa qalxıb karakul yaxalıqlı paltosunu
geyindi. Bir əlində özünün əsrarəngiz şlyapasını tutub,
o biri əlin, sanki romantik aktyor jestiylə özünə layiq bir
qıza uzadırmış kimi R.yə uzatdı.
– Polkovnik, gecəniz xeyirli, yuxunuz şirin olsun.
Çox güman ki, bizim növbəti görüşümüz bu tezliklə ol-
maycaq.
– Manuel, elə eləyin ki, ilişməyəsiniz, işdi, əgər iş
alınmasa, susun.
– Eşitdiyimə görə, centlmen oğlanlarının donanma
zabiti kimi hazırlandığı kolleclərinizdən birində qızıl
hərflərlə belə bir söz yazılıb: “Britaniya donanmasında
“mümkün deyil” sözü mövcud deyil”. Bax, mənim üçün
də “alınmasa” sözü mövcud deyil.
R. cavabında:
– Həmin sözün sinonimi də yoxdu, – dedi.
Tüksüz Meksikalı:
– Vağzalda görüşənədək, mister Somervill – deyib
nümayişkaranə təzimlə qeyb oldu.
R. sifətini həmişə vahiməli edən təbəssümə oxşar bir
ifadəylə Eşendenə baxdı:
– Necədi, bəyəndiniz?
Eşenden cavabında:
– Heç cür kəsdirə bilmirəm, – dedi. – Kloundu? To-
vuz kimi özündən razıdı. Bu cür eybəcər çöhrəylə o,
doğrudanmı, qadınları başdan eləyir? Bir də siz nədən
əminsiz ki, ona etibar eləmək olar?
R. pıqqıldayıb, elə bil yuyurmuş kimi əllərini bir-
birinə sürtdü.
– Bilirdim ki, bəyənəcəksiniz. Ecazkar tipdi, elə
deyil? Fikrimcə, ona bel bağlamaq olar.
R.-in baxışları qəflətən dondu.
– Məncə, onun kitabında bizimlə ikili oyun oynamaq
yazılmayıb.
R. bir müddət susdu.
– Hər halda, risk eləməliyik. Gəl indi biletlə pulu si-
zə verim, sağollaşaq. Dəhşətli yorğunam, gedib yatacam.
495