Page 499 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 499
Seçilmiş əsərləri

ballı qurtum aldı. Sonra ağzını silib siqaret yandırdı. Lap
sonra ayaqqabılarını çıxarıb uzandı. Eşenden işığı keçir-
di. Tüksüz Meksikalı mənalı-mənalı:

– Görən, yuxuya necə getmək xoşdu: dodağında
gözəl qadının öpüşüylə, yoxsa ağızda siqaretlə? – dedi. –
Sabah sizə Meksikadan danışacam. Gecəniz xeyirə
qalsın.

Az sonra aramla gələn nəfəsindən Eşenden hiss
elədi ki, yol yoldaşı yatıb, bir qədər keçmiş özünü də
mürgü apardı. Bir müddət sonra ayılıb gördü ki, Mek-
sikalı möhkəm yuxuya gedib. Paltosunu çıxarıb odeyal
kimi üstünə atmışdı, amma başındakı parikə əl vurma-
mışdı. Qəflətən qatar silkələndi və it kimi zingildəyə-
zingildəyə dayandı. Eşenden nə baş verdiyini dərk
eləməyə macal tapmamış Meksikalı yerindən dik atılıb
əlini cibinə apardı, həyəcanla:

– Nə olub? – dedi.
– Heç nə. Yəqin, semafor bağlıdır.
Meksikalı ağır-ağır yerinə oturdu. Eşenden işığı
yandırıb:
– Siz daş kimi yatıb, quş kimi durursunuz, – dedi.
– Mənim işim belədi, başqa cür ola bilməz.
Eşenden ondan qətl, qiyam, yaxud orduya rəhbərlik
deyəndə nə nəzərdə tutulduğunu soruşmaq istəsə də,
susdu, qorxu ki, ciddi qəbul olunmaz. General çamadanı
açıb şüşəni çıxardı. Eşendenə də konyak təklif eləyib:
– Bir qurtum için, – dedi. – Gecənin yarısı hövlnak
oyananlar üçün bundan yaxşı dərman yoxdu.
Eşenden imtina etdi və Meksikalı yenidən şüşəni
ağzına aparıb iri bir qurtumu içəri ötürdü. Sonra nəfəsini
dərib siqaret yandırdı. Eşendenin gözü qarşısında şüşə-
nin axırına çıxdı. Özü də, çox güman ki, bu, Meksikalı
Liona gəlib çıxandan həzmi-rabedən keçirdiyi ilk kon-
yak şüşəsi deyildi. Amma o, tamamilə ayıq idi, hərə-
kətlərindən və danışığından belə anlamaq olardı ki, bu
son bir günü dilinə limonaddan başqa heç nə dəyməyib.

499
   494   495   496   497   498   499   500   501   502   503   504