Page 502 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 502
yam Somerset Moem
O, bıçağı bağlayıb Eşendenə verəndən sonra o, hə-
min silahı da revolverlə birlikdə cibində gizlədi.
– Bəlkə, sizdə başqa daha nəsə var?
Meksikalı hədələyici tərzdə:
– Hə, bir də əllərim, – dedi, – amma elə bilirəm,
gömrükdə onlarla maraqlanmazlar.
Eşendən o dəmir əllərin onun əllərini necə sıx-
masını xatırlayıb üzə vurmasa da, bir az qorxan kimi
oldu. Meksikalının barmaqları uzun, üstündə bir tük
belə olmayan qolları iri, hamar, dırnaqları enliydi. Həqi-
qətən də, əli adamda vahimə yaradırdı.
Eşendenlə general Karmon sərhəd nəzarətindən
ayrı-ayrılıqda keçdilər. Sonra kupeyə qayıdanda Eşen-
den bıçaqla revolveri yiyəsinə qaytardı. Meksikalı dərin-
dən nəfəs aldı.
– Bax, bu, başqa məsələ. Nədi, bəlkə, bir kart oy-
nayaq?
Eşenden cavabında:
– Məmnuniyyətlə, – dedi.
Tüksüz Meksikalı təzədən çamadanı açıb onun
haradansa dərin yerindən fransız kartını çıxardı. O,
Eşendendən ekarte oynayıb-oynamadığını soruşdu. Bu
oyunu bacarmadığını eşidəndə piket təklif etdi. Bu
oyundan Eşendenin az-çox başı çıxırdı. Məbləğin həd-
dini razılaşdırıb başladılar. Hər ikisi qısa nəticənin
tərəfdarı olduğundan danışdılar ki, altı əvəzinə, dörd
dairə oynasınlar, xallar da yalnız birinci və sonuncu əldə
artırılsın. Eşendenin əli pis gətirmirdi, amma nədənsə
generalın kartları hər dəfə onunkuları üstələyirdi. Rəqi-
binin ancaq bəxtə güvənmədiyini yaxşı bildiyindən,
Eşenden bütün oyun boyu pusqudaydı, amma gözünə
azca da olsa, şübhəli nəsə dəymirdi. O, elə bir ucdan
uduzurdu, general onu lap uşaq yerinə qoymuşdu.
Uduzduğu məbləğ get-gedə böyüyürdü və artıq o dövr
üçün kifayət qədər yüksək olan, təxminən, min franka
502