Page 506 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 506
yam Somerset Moem
Tüksüz Meksikalı yenə kartları yığıb birini atdı, o
birini saxladı. Və təzədən qarışdırdı.
– Məni sevən qadın çox olub. Özümü öymək üçün
demirəm. Nə səbəbə? Doğrusu, cavabı özüm də bilmi-
rəm. Amma fakt faktlığında qalır. Mexikoya gedib Ma-
nuel Karmonun eşq cəbhəsindəki qələbələrindən soraq
alın. Onda bilərsiniz, Manuel Karmonun qarşısında bir
qadın da dayana bilməyib.
Eşenden diqqətlə ona baxdı. Fikir onu götürmüşdü.
Bəlkə, insanı tanımaqda həssaslığına söz olmayan, hər
kəsi bir baxışdan tanıyan və işini də ancaq bu silahı üstə
quran R. bu dəfə səhv eləmişdi? Eşenden yüngülcə də
olsa, karıxmışdı. Doğrudanmı, bu Tüksüz Meksikalı
özünü belə əvəzsiz məxluq hesab eləyir, yoxsa, sadəcə,
özünü ona göstərir? Bu zaman general təkrar qarışdır-
madan sonra dörd kartdan savayı, hamısını kənara
qoydu. O dörd kartı isə qarnı üstə qarşısına düzdü. On-
lara bir-bir əliylə toxundu, amma beli üstə çevirmədi.
– Tale bax, burada yazılıb, – dedi, – yer üzündə heç
bir qüvvə o yazını poza bilməz. Mən qərar qəbul eləyə
bilmirəm. Hər dəfə son anda tərəddüd içində oluram.
Qarşıda məni gözləyən bədbəxtlikdən, ya xoşbəxtlikdən
hali olmaq üçün son kartları, kim bilir, nə zülmlə açıram.
Mən qorxaq məxluq deyiləm, amma bax, elə bu yerdə
həmin o dörd həlledici karta baxmağa cürət eləmədiyim
az olmayıb.
Doğrudan da, o, bağlı kartlara baxanda üzündəki
həyəcan açıq-aşkar görünürdü.
– Hə, harada qalmışdım?
Eşenden quru səslə xatırlatdı:
– Qadınların sizin cazibəniz qarşısında duruş gətirə
bilməməsindən danışırdınız.
– Hə, nəhayət, bir gün duruş gətirən tapıldı. Mən
onu ilk dəfə Mexikoda casa de mujeresdə1 gördüm.
Təsadüf elə gətirdi ki, mən pilləkənlə qalxanda o
düşürdü. Lap elə də ağlı başdan alanlardan deyildi, mə-
506