Page 503 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 503
Seçilmiş əsərləri

çatmışdı. General isə şəxsən özünün sonsuz bir həzzlə –
bir barmağıyla büküb qırağını yaladı və vəssalam,
hazırdı – hazırladığı siqaretləri bir-birinə calamağın-
daydı. Nəhayət, belini dikəldib Eşendendən soruşdu:

– Dostum, yeri gəlmişkən, iş zamanı kartda uduz-
duqlarınızı Britaniya hökuməti ödəyir?

– Əlbəttə, yox.
– Bu halda, elə bilirəm, siz artıq kifayət qədər uduz-
musunuz. Əgər başqasının puluyla oynasaydınız, başqa
məsələ, Romayacan sizdən əl çəkməzdim. Sizə olan rəğ-
bətimə rəğmən daha udmaq istəmirəm.
O, kartları yığıb bir kənara qoydu. Eşenden könül
xoşluğuyla olmasa da, bir neçə əsginas çıxarıb Meksi-
kalıya verdi. O, özünə xas səliqəylə pulları sayıb rahladı
və ortadan əyib pul kisəsinə qoydu. Sonra əlini uzadıb
nəvazişlə Eşendenin dizlərini yırğaladı.
– Siz xoşuma gəlirsiniz. Ciddisiz, sırtıq deyilsiz, özü
də sizdə həmyerlilərinizdə olan o təkəbbürdən əsər-
əlamət belə yoxdu. Elə bilirəm, məsləhətimi düzgün başa
düşəcəksiniz. Heç vaxt tanımadığınız insanlarla piket
oynamayın.
Deyəsən, bu zaman Eşendenin sifətinə təəssüf ifa-
dəsi həkk olunmuşdu. Çünki Meksikalı sözünü deyən
kimi onun əlindən tutdu.
– Əzizim, mən sizin xətrinizə dəymədimmi? Belə
olmasını qəti istəməzdim. Siz piketi heç də başqala-
rından pis oynamırsınız. Məsələ onda deyil. Əgər tale
bizi bundan sonra da rastlaşdırsa, mən sizə kartda ud-
mağın yollarını öyrədərəm. Yalan sözdü, hamı pul üçün
oynayır, uduzmaq heç kimə sərf eləmir.
Eşenden təbəssümlə:
– Mən elə bilirdim, hiylə yalnız məhəbbət işlərində,
bir də müharibədə kara gəlir, – dedi.
– Aha, nə yaxşı, siz artıq gülürsünüz. Məğlubiyyəti
məhz belə qarşılamaq lazımdı. Görürəm, sizin yaxşı

503
   498   499   500   501   502   503   504   505   506   507   508