Page 505 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 505
Seçilmiş əsərləri
günün ömrü çox olmur. Zamanı yetişəndə görürsən ki,
sənin də küçəndə bayramdı.
O, kartı təzədən əlinə alıb bir-bir qarşısına düzdü.
– Görək kartlar bizə nə deyir. Kartlar yalan xoşla-
mır. İlahi, gərək mən onlara daha çox inanaydım, onda
həyatımdakı bu yeganə səhvi də etməzdim. Həmin o
səhv indiyəcən daş kimi boynumdan asılı qalıb. Mənim
vicdanım təmizdi. Düzdü, bütün kişilər belə hərəkət
eləyərdi, amma yaxşı olardı, bütün ruhumla əleyhinə
olduğum bu işi görməyəydim.
O, kartları nəzərdən keçirib, onlardan bir neçəsini
Eşendenə məlum olmayan prinsiplə kənara qoydu, son-
ra qalanları qarışdırıb təzədən düzdü.
– Kartlar mənə o təhlükəni deyirdilər, bəli, inkar
eləmirəm, aydın və birmənalı şəkildə deyirdilər. Məhəb-
bət, qarabəniz gözəlçə, təhlükə, xəyanət və ölüm. Gün
kimi aydın dillə. Məsələnin nə yerdə olduğunu kim
olsaydı, bilərdi. Bir də ki mən axmağın bütün ömrü kar-
tın kölgəsində keçib. Onlarla məsləhətləşmədən bir ad-
dım da atmamışam. Bağışlanılmaz səhv! Mən tamam
başımı itirmişdim. Əslində, sizlər, şimallılar məhəbbətin
nə olduğunu, onun insanı yuxudan, yeməkdən necə
məhrum etdiyini axı haradan bilirsiniz? Sən gözgörəsi
ağır xəstəliyə mübtəla adam kimi əriyib gedirsən. Mə-
həbbətin insanın ağlını necə aldığını sizlər axı haradan
biləsiniz? Bütün günü havalı kimi gəzirsən, yanğını
söndürmək üçün hər yola getməyə hazır olursan. Mə-
nim kimi adamlar vurulanda onlardan nə dəlilik desən,
gözləmək olar: cinayət də eləyə bilərlər, si, senor1 qəhrə-
manlıq da. O, Everestdən də hündür zirvəyə qalxıb, At-
lantik okeanından da uzun məsafəni üzüb keçə bilər. O
həm Tanrı, həm də iblisdi. Bəli, qadın mənim ən zəif ye-
rimdi.
1 Si, senor – Bəli, əlahəzrət (isp.)!
505