Page 504 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 504
yam Somerset Moem
xasiyyətiniz və ağıllı başınız var. Siz həyatda çox irəli
gedəcəksiniz. Təzədən Meksikaya qayıdanda, malika-
nəm təzədən özümə qaytarılanda mütləq mənə qonaq
gələrsiniz. Mən sizi kral kimi qəbul eləyərəm. Siz mənim
ən yaxşı atlarımın belində gəzəcəksiniz, birlikdə öküz
döyüşünə baxmağa gedərik, bir də əgər hansısa gözəlçə
xoşuna gəlsə, barmağının işarəsi kifayətdir ki, sənin
olsun.
Və o, Eşendenə özünün ucu-bucağı görünməyən
torpaqlarından, əlindən alınan zəmilərindən, mədən-
lərindən danışdı. O, özünün keçmiş feodal həyatını bü-
tün əzəmətiylə təsvir elədi. Nəql etdiklərinin həqiqət
olub-olmadığının elə də fərqi yox idi, Eşenden onun hə-
zin, sulu kəlmələrindən vuran kəskin romantika ətrin-
dən məst olmuşdu. O, Eşendenin gözü qarşısında fərqli,
müasirlikdən kənar, əsl həyatı canlandırırdı.
Onun nümayişkaranə jestləri dibi, sonu görünmə-
yən o uzaq və qaynar dünyanı, yamyaşıl çölləri, nəhəng
sürüləri, kor müğənnilərin ay işığında oxuduqları və
gitaranın müşayiətiylə havadaca əriyən mahnıları, sanki
xalça kimi Eşendenin qarşısına sərirdi.
– Hər şeyimi, hər şeyimi itirdim. Parisə gələndə elə
bir günə qalmışdım ki, özümə bir tikə çörəyi ispan dili
dərsləri verməklə, ya da amerikalılarla veyillənməklə qa-
zanırdım. Americanos del norte1 demək istəyirəm. Mən
onlara şəhərin gecə həyatını göstərirdim. Bəli, mən, bir
nahara min duros səpələyən bir adam, kor hindu kimi
ora-bura vurnuxa-vurnuxa qalmışdım. Bəli, mən gözəl
bir qadının qoluna brilyant qolbağı taxmaqdan həzz alan
bir adam anası yaşında bir qoca kaftardan hədiyyə kimi
kostyum almaq məcburiyyətində idim. Amma yenə də
səbir. Qığılcım ani yanmağa məhkum olan kimi, insan
da əzab çəkmək üçün doğulur. Amma, necə deyərlər, pis
1 Americanos del norte – şimali amerikalı (isp.)
504