Page 507 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 507
Seçilmiş əsərləri
nim əlimdə ondan gözəl o qədəri vardı ki... Amma nəsə
onda bir qəribə cazibə var idi, görən kimi ürəyimə yatdı.
Odur ki, bu fahişəxananı saxlayan arvada dedim ki, onu
mənim yanıma göndərsin. Mexikoda soruşsanız, o
arvadı tanımayan yoxdu. Onu Markiza çağırırlar. Hə,
həmin arvad dedi ki, o qadın burada qalanlardan deyil,
hərdənbir gəlir, bu gün, daha çətin, olsun... Tapşırdım
ki, sabah axşama qoy məni gözləsin. Amma səhərisi gün
işim çıxdığından ləngidim, gələndə Markiza onun
dilindən mənə dedi ki, gözləməyi xoşlamır və çıxıb
gedib. Mən üzüyola adamam, nazlı, sirli qadın, əksinə,
məni daha çox cəlb eləyir. Çünki beləsi uğrunda müba-
rizə daha maraqlı olar. Odur ki, bu hərəkətin müqabi-
lində təbəssümlə ona bir yüzlük göndərib gələn səfər
diqqətli olacağımı vəd etdim. Səhəri özümü düz vax-
tında yetirəndə Markiza yüzlüyümü özümə qaytarıb
deyir ki, bəs o qadın məni bəyənmir. Bu həyasızlıq mənə
lap ləzzət elədi. Barmağımdan brilyant üzüyü çıxarıb ar-
vada tapşırdım ki, ona versin. Fikirləşdim, yəqin, bu,
onun mənə münasibətini dəyişər. Səhəri gün Markiza
mənə üzüyün cavabında... qırmızı qərənfil gətirdi. Bu
yerdə nə eləyəsən: güləsən, yoxsa ağlayasan? Mən is-
təklərimə qarşı sədd çəkilməsinə öyrənməmişəm və pul
xərcləyəndən sonra heç vaxt heyifsilənməmişəm (əgər
bir pul ki gözəl qadına xərclənməyəcək, onu qazan-
mağın nə faydası?). Markizaya dedim, gedib həmin qa-
dına çatdırın ki, bu axşam mənimlə şam eləməsinin
müqabilində ona min duros verirəm. Arvad getdi və be-
lə bir cavabla qayıtdı ki, o yalnız bir şərtlə razıdı, gərək
şam yeməyindən dərhal sonra onu evinə buraxım. Mən
çiyinlərimi çəkib razılaşdım. Ağlıma da gəlməzdi ki, o
qadın bu sözləri ciddi deyir, fikirləşirdim, yəqin, qiy-
mətini artırır. Budur, o, şam eləmək üçün evimə gəlib.
1 casa de mujeres – fahişəxana (isp.)
507