Page 509 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 509
Seçilmiş əsərləri
dıq. Bizim adamımız da var idi, pulumuz da. Plan qurub
artıq icrasına hazırlaşırdıq. Mənim o qədər işim-gücüm
var idi ki: adamlarla danışmaq, güllə axtarıb tapmaq,
tapşırıqları ünvanına çatdırmaq... Amma bu qadın məni
elə ovsunlamışdı ki, əlim-qolum tamam bağlanmışdı.
Ola bilsin, siz fikirləşirsiniz ki, o qadının bu hərəkəti
məni, ən xırda tələbatının belə ödənməsinə öyrəncəli bir
insanı hövsələdən çıxarırdı. Amma mən hesab eləyirdim
ki, onun məni yaxına buraxmamasının səbəbi biclik,
yaxud ehtirasımı daha qızışdırmaq deyil. Çünki onun
sözünə inanmışdım. Demişdi ki, yalnız məni sevdiyini
hiss elədiyi gün özünü mənə verəcək. Və onun məni
sevməsi ancaq özümdən asılıdır. O, mənim gözümdə bir
məlaikəydi. Onun xətrinə nə qədər desən, gözləməyə
hazır idim. Mən elə alışıb-yanırdım ki, gec-tez onun da
mənim alovuma bürünəcəyinə şübhəm yox idi – meşə
yanğını qarşısına keçən ağacı alovuna qərq edən kimi.
Nəhayət, bu baş verdi! Nəhayət mənə sevirəm dedi.
Mən dəhşətli həyəcan içindəydim, elə bil bu saat yıxılıb
yerimdəcə keçinəcəkdim. Bu, nədi, ilahi! Nə böyük
xoşbəxtlik! Mən nəyim vardısa, uf demədən ona ve-
rərdim, imkanım olsaydı, göydən ulduzları dərib onun
saçına düzərdim. Ona öz məhəbbətimin hüdudsuz-
luğunu göstərmək üçün nələr eləməzdim, ən ağlagəl-
məzi, ən mümkünsüzü, özümdə olanı, olmayanı –
ruhumu, bədənimi, vicdanımı, hər şeyimi ona peşkəş
eləməyə hazır idim. Həmin gecə o, qollarım arasında xu-
marlananda mən sui-qəsd hazırladığımı ona deyib,
hədəfdə olanların adlarını çəkdim. Onun qəflətən necə
həyəcanlandığını, kirpiklərinin necə qırpıldığını bütün
canımla hiss elədim. Nəsə, özüm də bilmirəm, bəlkə də,
üzümü sığallayan qupquru, bumbuz əli, elə bil məni
qəflətən ayıltdı, nəsə şübhələndim, dərhal da kartların
dedikləri yadıma düşdü: məhəbbət, qarabəniz gözəlçə,
təhlükə, xəyanət və ölüm. Kartlar məni üç dəfə xəbərdar
509