Page 510 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 510
yam Somerset Moem

eləmişdilər, amma mən onlara əhəmiyyət verməmişdim.
Amma narahatlığımı büruzə vermədim. O, mənim düz
ürəyimə qısılıb bunun necə qorxulu olduğunu mızıl-
dayırdı. Sonra bu işdə mənim əlim olub-olmadığını so-
ruşdu. Cavab verdim ki, mən də varam. Məndə əminlik
yaranmalıydı. Get-gedə, bütün hiylələrini işə salıb
məndən sui-qəsdin bütün xırdalıqlarını öyrəndi. Və mən
ovcumun içi kimi əmin oldum ki, o qadın casusdu –
məni iblisanə işvələriylə yoldan çıxarıb sirlərimizi
dilimdən almaq üçün göndərilən bir casusdu, özü də
prezidentin casusu. Və budur, indi hamımızın həyatı
ondan asılıdır. Şübhə yoxdu ki, əgər o, buradan salamat
çıxsa, birimiz də salamat qalmayacağıq. Amma mən axı
onu sevirdim, sevirdim. Və bütün sözlər mənim ürəyi-
min yanğısını ifadə eləməkdə acizdi. Bu sevinc yox, ağrı
dolu bir sevgiydi, amma bu, elə şirin bir ağrıydı ki, heç
bir sevinc onun dadını verə bilməzdi. Deyilənə görə,
müqəddəs insanlar vəhy zamanı göylə əlaqədə olurlar.
Bax, mən də eynən həmin hissləri yaşamışdım. Bilirdim,
o, buradan diri çıxa bilməz, həm də qorxurdum, bir az
da ləngitsəm, sonra onu öldürməyə cürət eləmərəm.

– Yaxşısı budur, mən yatım, – dedi.
– Yat, – dedim, – həyatım mənim.
Məni “alma de mi caraz n” kimi çağırdı, yəni ürə-
yimin canı.
Bu, onun həyatda son sözləri oldu. Mavi üzüm kimi
tünd, ağır kirpikləri qapandı və az sonra mənim sinəmə
qısılan döşlərinin aramlı tərpənişlərindən və nəfəs alma-
sından bildim ki, yuxuya getdi. Mən axı onu sevirdim,
imkan verməzdim, o əzab çəkə. Bəli, o, casus idi, amma
ürəyim deyirdi ki, sadəcə, səndən eşitdiklərini onun
beynindən silməlisən. Qəribədi, düşmən olsa da, ona
qarşı içimdə heç bir kin yox idi. Bu hiyləgərliyinə görə
ona nifrət eləməliydim, amma bacarmırdım. Hiss
elədiyim bircə o idi ki, ruhuma qaranlıq çöküb. Zaval-

510
   505   506   507   508   509   510   511   512   513   514   515