Page 515 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 515
Seçilmiş əsərləri
muzeyə gedirdi. Amma hər dəfə qayıdanda Sayta Kya-
raya mütləq baş çəkirdi. Bu məbədin qaməti, həyat-
sevərliyi, onun dinə yüngül, haradasa, məzəli münasibəti
və lap dərinliklərindən boylanan həyəcan dolu hissləri,
üzdə, həm də gizlində olan cizgiləri bütünlüklə Eşen-
denin təsəvvüründə bir ilahi mənzərə yaradırdı. Bu
məbəd haradasa, elə bil bu günəşli, füsunkar şəhərlə və
onun fərasətli sakinləriylə adi, qeyri-adi və canlı şəkildə
vəhdətdəydi. Bu məbəd həyatın şirinliyindən və acılı-
ğından söz açırdı. Deyirdi ki, heyif, hər şeyə pul çat-
dırmaq olmur, amma pul heç də hər şey demək deyil.
Bir də nə vacib düşüb axı, bu gün burada olsaq da, sabah
olmayacağıq və həyat deyilən şey kifayət qədər maraqlı
və məzəlidir, son nəfəsdə taleyinlə barışıb deyirsən ki,
“facciamo una piccola combinazione”1.
Amma dördüncü gün Eşenden elə yenicə vanna
otağından çıxıb suyu özünə heç də yaxşı çəkməyən məh-
rabayla qurulanmaq istəyirdi ki, nömrəsinin qapısı açıl-
dı və kimsə yeyin addımlarla içəri soxuldu.
Eşenden ucadan:
– Sizə nə lazımdı? – dedi.
– Narahat olmayın. Mənəm.
– İlahi, Meksikalı! Özünüzü nə günə qoymusunuz?
İndi taxdığı qısasaçlı qara parik başında papaq kimi
görünürdü. Bu, onun görkəmini xeyli dəyişdirmişdi.
Düzdü, o, yenə çox qəribəydi, amma başqa cür qəribəy-
di. Əynində də nimdaş bir kostyum var idi.
– Mən biranlığa gəlmişəm. İndi o, üzünü qırxır.
Eşenden yanaqlarının necə əsdiyini hiss elədi.
– Deməli, siz onu tapmısınız?
– Burada çətin bir şey yox idi. Gəmidə yeganə
yunan sərnişin o idi. Gəmi sahildə lövbər salan kimi gö-
yərtəyə qalxıb dedim ki, pireyli tanışım Georgi Dioqeni-
1 Balaca bir danışıq aparaq (ital.).
515