Page 511 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 511
Seçilmiş əsərləri

lım, zavallım mənim. Mən elə kövrəlmişdim ki, az qala
ağlayacaqdım. Əlimi astaca onun altından çəkib çıxar-
dım. Sol əlim idi, sağ əlim sərbəst idi. Sonra dirsəklənib
qalxdım. O elə cazibədar idi ki, gözəl boğazını bıçaqla
kəsəndə üzümü çevirməli oldum. O, eləcə, ayılmadan
yuxudan ölümə adladı.

Meksikalı susub fikirli-fikirli hələ də qarnı üstə uza-
nıb öz növbəsini gözləyən həmin o dörd karta baxdı.

– Hə, hər şeyin baiskarı bu kartlar oldu. Niyə axı
əvvəlcədən onlara qulaq asmadım? Yox, onlara baxmaq
istəmirəm. Lənətə gəlsinlər. Qoy cəhənnəm olsunlar.

Əliylə necə elədisə, kartlar yerə səpələndi.
– Mən dindar adam deyiləm, amma, hər halda,
onun ruhuna dualar oxutdurdum.
Meksikalı belini arxaya dirədi, bir siqaret eşib dərin
qullab vurdu. Sonra çiyinlərini düzəldib soruşdu:
– Polkovnik dedi, siz yazıçısınız, eləmi? Nə yazır-
sınız?
Eşenden cavabında:
– Hekayə, – dedi.
– Detektiv hekayə?
– Yox.
– Niyə ki? Şəxsən mən başqasını oxumuram. Əgər
yazıçı olsaydım, özüm də mütləq detektiv yazardım.
– Bu, çox çətindi. Gərək o qədər şey nəzərə alına ki.
Bir dəfə qətllə bağlı hekayə yazmaq istədim. O qədər
qəliz bir şey alındı ki, qatilin kimliyini açmaq sarıdan
özüm də çaşıb qaldım.
– Axı bu janrın əsas tələbi də məhz axırda cinayətin
açılması, cinayətkarın da əməlinə görə cəzalandırılma-
sından ibarətdi.
– Əgər sizin qətl hadisəniz, həqiqətən, belə maraq-
lıdırsa, qatilin günahını sübut eləməyin yeganə yolu mo-
tivləri açmaq olmalıdır. Motiv məlum olanda əvvəlcədən
gözəgörünməyən dəlilləri də müəyyənləşdirmək imkanı

511
   506   507   508   509   510   511   512   513   514   515   516