Page 516 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 516
yam Somerset Moem

dis adlı birisini qarşılamağa gəlmişəm. Məlum oldu ki,
gəmidə beləsi yoxdu. Odur ki, xeyli təəccüblənib dərhal
anladım ki, Andreadi elə o özüdür. Aydınlaşdırdım ki,
o, başqa adla, Lombardos adıyla səyahət eləyir. Gəmi-
dən düşəndə bilirsiniz, ilk əvvəl nə elədi? Bərbərxanaya
girib saqqalını qırxdırdı. Buna nə sözünüz?

– Heç nə. Hər kəs saqqalını qırxdıra bilər.
– Amma mən başqa fikirdəyəm. O, öz görkəmini
dəyişmək istəyir. Ay bic-vələdüzna. Almanlara hör-
mətim var, bir xırdalığı da gözdən qaçırmırlar. Bununla
bağlı bir rəvayət var. Sənin ağlına belə gəlməz. İndi
danışaram.
– Yeri gəlmişkən, siz də zahiri görkəminizi dəyiş-
misiniz.
– Hə, hə, başqa parikdi. Fərq böyükdü, eləmi?
– Mən sizi güclə tanıdım.
– Hə, ehtiyatı əldən vermək olmaz. Biz onunla
müəmmalı dostluq əlaqələrindəyik. Brindizidə bütün
günü bir yerdə olmuşuq. İtaliyanca bir kəlmə də bilmir.
Ona görə də mənim yardımımdan məmnun qalmışdı.
Bura onunla gəldik. Onu birbaşa bu mehmanxanaya
gətirdim. Deyir, sabah Romaya gedəcək. Gözüm onun
üstündədir, məndən heç nəyi yayındıra bilməz. Guya,
indi Neapolu gəzmək niyyətindədir. Mən təklif elədim
ki, buranın görməli yerlərini ona göstərə bilərəm.
– Nədən Romaya bu gün getmir?
– Bilirsiniz, burada bir-biriylə əlaqəli məqamlar var.
O, özünü müharibə vaxtı varlanan yunan iş adamı kimi
təqdim edir. Guya iki yük bərəsi varmış. Bəs bu ya-
xınlarda onları satıb, indi də, Parisə kefə gedir. Deyir,
bütün ömrü boyu Parisi görməyi arzulayıb, indi də, şü-
kür, istəyi gerçəkləşir. Öz aləmi olan adamdı. Onun di-
lini açmaq üçün nə oyunlardan çıxmadım. Dedim,
ispanam, Brindiziyə də Türkiyə ilə hərbi məsələlərlə
bağlı əlaqələrin bərpası üçün gəlmişəm. Diqqətlə qulaq

516
   511   512   513   514   515   516   517   518   519   520   521