Page 519 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 519
Seçilmiş əsərləri
normadaydı. Bu cür isti bir gecədə, rütubətli otaqda
Eşendenin əl-ayağı bumbuz idi. Gözü önündə heç də
görmək istəmədiyin aydın mənzərələri canlandıran
zəngin təxəyyülə malik olmaq heç də yaxşı şey deyilmiş.
Eşenden bir yazıçı kimi tez-tez ölüm barədə fikirləşirdi.
İndi də “Cinayət və cəza”da təsvir olunan dəhşətli
tarixçə yadına düşmüşdü. Bu haqda qəti fikirləşmək
istəmirdi, amma nə eləsə də, xəyalını cilovlaya bilmirdi.
Kitab heysiz-hərəkətsiz halda dizinin üstə uzanıb
qalmışdı və divara baxa-baxa (solğun qızılgül şəkilli
divar kağızları qəhvəyi rəngdəydi) Neapolda sui-qəsdi
ən yaxşı halda necə törətməyin yolları barədə düşü-
nürdü. Əlbəttə, burada – körfəzin sahilində akvariumlu
böyük bir bağ var. Gecələr ora kimsəsiz və zil qaranlıq
olur. Zülmətin pərdələri arxasında müxtəlif qara işlər
görülür, odur ki, hava qaralan kimi insanlar o yerin vahi-
məli xiyabanından kənar durmağa çalışırlar. Pozilip-
poya uzanan yol tamam boş olur. Həmin yoldan yuxarı
tərəflərə cığırlar açılır. Gecələr orada ins-cins gözə dəy-
mir. Amma ora yalnız ağıldankəm insanı tovlayıb gətir-
mək olar. Başqa cür onu körfəzdə qayıqlı gəzintiyə də
dəvət etmək olar. Amma qayığı kirayə aldığın həmin
adam sənin sifətini, çox güman, yadda saxlayacaq, həm
də, çətin ki, o, sizi ikilikdə gəzintiyə buraxa. Liman meh-
manxanalarını da yoxlamaq olar. Orada gecəyarısı ba-
qajsız gələn müştərilərə artıq sual vermirlər. Amma
burada da səni nömrəyə ötürən xidmətçinin hafizəsində
qala bilərsən, üstəlik, qeydiyyat kitabçasını da doldur-
malısan.
Eşenden təzədən saata baxdı. Dəhşətli yorulmuşdu.
İndi eləcə özüyçün oturub qalmışdı: nə düşünmək, nə
də mütaliə eləmək istəyirdi.
Qapı səssizcə açıldı. Eşenden yerindən dik atıldı.
Tükləri biz-biz oldu. Tüksüz Meksikalıydı. O, təbəssümlə:
519