Page 524 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 524
yam Somerset Moem
Və cəld buradan uzaqlaşdılar. Təxminən, yüz addım
kənarlaşmışdılar ki, Eşenden küçə işığının altında
dayanıb məktubu çıxardı və oxumağa başladı. Konsul-
luqdan göndərilmişdi: “Teleqram bu axşam gəlib.
Gərəyiniz ola biləcəyini nəzərə alıb onu çaparla sizin
qaldığınız mehmanxanaya göndərirəm”. Görünür, teleq-
ramı gecəyarıya yaxın gətirmişdilər. Həmin vaxt
Eşenden öz nömrəsində oturub vaxt öldürməklə məşğul
idi. Teleqram şifrəliydi. Eşenden:
– Teleqraf gözləyər, – deyib, cibinə basdı.
Tüksüz Meksikalı çox arın-arxayın addımlayırdı,
görünürdü ki, o, bu cür qaranlıq, kimsəsiz küçələrdə
özünü suda balıq kimi hiss eləyir. Eşenden də onun
yanıyla gəlirdi. Nəhayət, gözdən-qulaqdan uzaq dalan-
lardan birində daldalanan hansısa cındır, hay-küylü bir
yeməkxanaya gəlib çatdılar. Meksikalı içəri keçəndə:
– Doğrudur, bura “Rits” deyil, – dedi, – amma gecə-
nin bu vədəsində yalnız belə yerlərdə qarnını doydura
bilərsən.
İçəri uzun və səliqə-sahmansız idi. Uzaq küncdə
qocayabənzər bir cavan fortepiano arxasında əyləşmişdi.
Divarın o üzündə sırayla stollar, stolların yanında da
stullar düzülmüşdü. Qadınlı, kişili xeyli müştəri var idi.
Çaxır və pivə içirdilər. Oturan qadınların vücudundan
qocalıq, bədheybətlik yağırdı, tökülüb-gedirdilər, onla-
rın bu kobud şənliyi hay-küylü olsa da, burada həyat
nişanəsi görünmürdü. Hamısı bir nəfər kimi içəri keçən
Eşendenlə Meksikalıya sarı boylandı. Eşenden stol arxa-
sına keçib şikar gəzən, adi bir qığılcımdan alovlanmağa
hazır bu baxışlardan yayınmaq üçün bilmirdi, gözünü
hara gizləsin. Qocayabənzər pianoçu nəsə dınqıldatdı və
bir neçə cütlük oynamaq üçün ayağa qalxdı. Kişi çatış-
mırdı, odur ki, bəzi qadınlar bir-biriylə rəqs eləyirdi. Ge-
neral iki qab spagetti və bir şüşə Kapri şərabı sifariş
elədi. Şərab stola verilən kimi acgözlüklə bir dolu stə-
524