Page 523 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 523
Seçilmiş əsərləri

lamışdılar. İş bitəndən sonra Eşenden əliylə alnının tərini
silib:

– Şükür, birtəhər bağlaya bildik, – dedi.
– Azca da təhlükə-filan yox idi. Amma, yaxşı, bəs
indi nə eləyək? Sənədi götürə bilmədiyimizə görə pol-
kovnik hiddətlənəcək.
– Mən səhər beş qatarıyla Romaya gedirəm. Orada
teleqrafla instruksiyanı soruşaram.
– Lap yaxşı. Mən də sizinlə gedirəm.
– Hesab eləyirəm, siz bacardıqca tez ölkəni tərk
eləsəniz, yaxşıdı. Sabah Barselonaya bərə üzür. Niyə
onunla yola düşməyəsiniz? Əgər lazım olsanız, sizi
orada taparlar.
Tüksüz Meksikalı yüngülcə gülümsədi.
– Görürəm, məndən canınızı qurtarmaq istəyirsiniz.
Neynək, sizin istəyinizə qarşı getmərəm. Bu, sizin təc-
rübəsizliyinizdən irəli gəldiyinə görə bağışlanılan hə-
rəkətdi. Barselonaya gedərəm. Məndə ispan vizası var.
Eşenden saata baxdı. İkidən azca o yana keçmişdi.
Təxmini, üç saat gözləməliydi. Qonağı rahatlıqla bir
siqaret bükdü. Ardınca təklif etdi:
– Xudmani bir şam yeməyinə necə baxırsınız?
Mənim acından ürəyim gedir.
Yeməyin quruca adından Eşendenin ürəyi bulandı,
amma susuzluqdan ciyəri yanırdı. Tüksüz Meksikalıyla
harasa getmək istəməsə də, mehmanxanada qalmaq da
elə cəzbedici ideya deyildi.
– Gecənin bu vaxtı hara getmək olar?
– Gedək, mən sizi bir yer tapıb apararam.
Eşenden şlyapasını başına qoyub, çantasını özüylə
götürdü. Pilləkəni düşdülər. Portye holdakı döşəməyə
sərdiyi döşəkçədəcə uzanıb yatmışdı. Onu oyatmamaq
üçün ehtiyatla yanından keçəndə Eşendenin gözü ye-
şiyin üstündə onun nömrəsi yazılmış zərfə sataşdı.
Götürüb gördü ki, zərf, həqiqətən də, ona ünvanlanıb.
Pəncələri üstə küçəyə çıxıb arxalarınca qapını örtdülər.

523
   518   519   520   521   522   523   524   525   526   527   528