Page 527 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 527
Seçilmiş əsərləri
bəttə, o, dəhşətli, bədheybət insandı, hələ, üstəlik, o lüt
sifətini tamamlayan bu ağımtıl parik, tfu... Amma misil-
siz incəliklə hərəkət eləyirdi, balaca pəncələri eynilə
pişik, yaxud pələng pəncəsi kimi yüngülcə döşəməyə
toxunurdu və aydınca görünürdü ki, özünün ənlik-
kirşanlı xanımını əməlli-başlı toruna salıb, zavallını
ovsunlayıb. O, özünü təpədən-dırnağacan musiqinin
ixtiyarına verirdi, musiqi onun güclü, qabarlı əlləri, qəri-
bə şəkildə düz belindən hərəkət eləyən uzun ayaqla-
rından axan qan idi. Əzazil, vahiməli bu məxluqda indi
nəsə bir vəhşi zəriflik vardı. Buna hətta gözəllik də de-
mək olardı. Hər şeyə rəğmən indi, bu saat gizlində on-
dan həzz almamaq mümkün deyildi. İndi o, Eşendenə
kobudluğun həyati güclə, yəni, qorxulu və amansızla id-
rakın və ölçülü gözəlliyin vəhdətdə olduğu asteklərə qə-
dərki dövrün daş abidələrini xatırladırdı. Hər halda,
əgər qarşıda onunla işgüzar söhbəti olmasaydı, özü
məmnuniyyətlə bu Meksikalıya imkan yaradardı ki,
gecənin qalan hissəsini bu cındır fahişəxanada keçirsin.
Qarşıdan gözlənilən izahat məsələsi xoş heç nə vəd elə-
mirdi. Eşenden hansısa sənədlərin müqabilində Manuel
Karmona müəyyən məbləğdə pul verməliydi. Amma sə-
nəd nə gəzir, tapılacağına da ümid yoxdu. Eşenden artıq
heç nə bilmirdi və əslində, qalanı artıq onluq deyildi.
Tüksüz Meksikalı vals oynaya-oynaya yanından
keçəndə ona əl elədi.
– Musiqi qurtaran kimi yanınızdayam. Mən gəlincə
hesabı verin.
Tüksüz Meksikalının nə düşündüyünü bilmək heç
də pis olmazdı. Eşendenin bu barədə azca da təsəvvürü
yox idi.
Meksikalı ətirli dəsmalıyla alnının tərini silib stola
yaxınlaşdı.
– General, doyunca əylənə bildinizmi?
– Mən həmişə kefim istəyən qədən əylənirəm.
Düzdü, oradakılar hamısı ağ dilənçilər idi, amma mə-
527