Page 531 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 531
Seçilmiş əsərləri
olunmuş qırmızı sifətindən bir cüt şən göz baxırdı, qısa,
sarımtıl saçları isə pırtlaşıq idi. İşlənmiş tropik dəbilqə
boynunun arxasında özünə yaxşı yer eləmişdi. Oreqo-
nun Portlend şəhərindən olan bu insanın adı Uilkins idi.
Demə, şərq adamı sirkə biganə deyilmiş, odur ki artıq
iyirmi il idi, mister Uilkins o tərəfləri özünə çörək yeri
seçmişdi. Port-Səiddən tutmuş İokoqamaya qədər (Aden,
Bombey, Mədrəs, Kəlküttə, Ranqun, Sinqapur, Banqkok,
Sayqon, Hanoy, Honqkonq, Şanxay... Təsəvvürlərdə
dərhal günəş işığı canlandıran, səs-küylü, bozumtulluğu
göz deşən bu şəhərlərin adlarını adam ağzında necə də
ləzzətlə marçıldadır) dörd bir yanı öz heyvanları və
yelləncəkləriylə ayaqdan salırdı. O, heyrətamiz və qeyri-
adi həyat sürürdü. Baxan kimi görünürdü ki, bu insanın
həyatı maraqlı hadisələrlə zəngindi. Amma paradoks
olsa da, bu, balaca, gonbul, tamamilə adi bir insan idi.
Əgər o, hansısa qarajın, yaxud Kaliforniya ştatından bir
xeyli kənardakı şəhərlərdən birinin üçüncü dərəcəli
hotelinin sahibi olsaydı, burada təəccüblü bir şey ol-
mazdı. Həyatda tez-tez rast gəldiyim, dəfələrlə təsdiqini
tapmış, amma bununla belə, hər dəfə məni heyrət-
ləndirən məqam ondan ibarətdi ki, insanın qeyri-adiliyi
qeyri-adi şəraitdə yaşadığına görə müəyyənləşmir, əgər
insan özü qeyri-adidisə, hətta sıravi kənd keşişi olsa
belə, həyatı da qeyri-adi olacaq.
Təəssüf ki, Torres körfəzində baş çəkdiyim bir sər-
gərdanın tarixçəsi bu tarixçəyə yerləşməyəcək. Gəmisi
qəzaya uğrayandan sonra bir zülmlə sahilə çıxan həmin
dənizçi düz otuz il orada tək-tənha yaşamışdı. Amma
nəsə başqa bir şey yazanda sən süjetinlə dörd bir tərəf-
dən divar kimi bağlanmalısan. İndi ipə-sapa yatmayan
təxəyyülümü, azca da olsa, cilovlamaq üçün bu tarixçəni
xatırladım və sonda, yəqin, bu hissəni çıxarıb atmalı ola-
cam. Qısası, öz aləminə qapılmaqla bu insan, elə bil
taleyin ona verdiyi bu nadir otuz ilin yanından gözüyu-
531