Page 532 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 532
yam Somerset Moem

mulu ötüb keçmişdi və əvvəllər olduğu kimi, necə əttö-
kən, hissiyyatsız, qaba, eşşək adamıydısa, eləcə də qal-
mışdı.

İtaliyalı müğənni yanımızdan ötüb-keçəndə mister
Uilkins mənə dedi ki, bu tenor əslən Neapoldandı, Banq-
kokda malyariya keçirdiyinə görə truppasından ayrı
düşüb, indi onlara çatmaq üçün Honkqoqa üzür. Həmin
italiyalı çox bazburutluydu, kifayət qədər də kök idi,
kresloya yayxananda cırıltı səsi gəldi.

O, dəbilqəsini açdı və göz önündə onun kök, üzüklə
dolu barmaqlarının sığal çəkdiyi uzun, qıvrım, dağınıq-
saçlı iri başı canlandı.

Mister Uilkins:
– Elə də ünsiyyətcil adam deyil, – dedi. – Onu siqara
qonaq elədim, amma mənimlə içməkdən imtina elədi.
Əgər başdan o məsələ olduğunu desələr, qəti təəccüb-
lənməzdim. Razılaşın ki, o, xoş insanlardan deyil.
Göyərtədə ağ paltarda ortaboylu, dolu bir qadın
peyda oldu. Əlindən tutduğu balaca meymun şəstlə
onun yanıyla gəlirdi.
Sirkin sahibi elan etdi:
– İcazə verin, sizi missis Uilkinslə və bizim balaca
oğlumuzla tanış eləyim. Kreslo götürüb bura gəlin, mis-
sis Uilkins, bu centlmenlə tanış olun. Mən onun adını
bilməsəm də, iki dəfə viskimin pulunu verib, yaxşı zər
ata bilmədiyini nəzərə alsaq, yəqin, səni də mütləq nə-
yəsə qonaq eləməli olacaq.
Dayaz baxışla, ifadəsiz sifətlə kresloya əyləşən mis-
sis Uilkins mavi dalğalardan gözünü çəkmədən bir şüşə
limonada qarşı heç bir iradı olmadığına işarə elədi. Dəs-
malla üzünü yelləyə-yelləyə:
– İlahi, nə yaman istidi, – dedi.
Əri izahat verdi:
– Missis Uilkins istini yaman ağır keçirir. Düz iyirmi
ildi, istiylə əlləşir.

532
   527   528   529   530   531   532   533   534   535   536   537