Page 534 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 534
yam Somerset Moem

Xidmətçi oğlan missis Uilkinsə limonad, ərinə so-
dalı viski, mənə də tonikli cin gətirdi. Biz zər atdıq və
mən hesabı ödəməli oldum.

Missis Uilkins dənizə müraciətlə astadan:
– Əgər onun zərdə həmişə bəxti gətirmirsə, müflis-
ləşə bilər, – dedi.
Mister Uilkins:
– Əzizim, mənə elə gəlir, Eqbert sənin limonadın-
dan dadmaq istəyir, – dedi.
Missis Uilkins azca başını tərpədib dizləri üstə otu-
ran meymuna baxdı:
– Eqbert, istəyirsənmi, anan sənə də limonad ver-
sin?
Meymun azca tərpəndi və Missis Uilkins bərk-bərk
tutub çöpü ona uzatdı. Meymun limonadı azca sümürüb
susuzluğunu söndürəndən sonra missis Uilkinsin geniş
sinəsində yerini rahatladı.
Əri izahat verdi:
– Missis Uilkins Eqberti dünyalar qədər istəyir. Bu-
rada qəribə bir şey yoxdu. Axı Eqbert onun sonbeşiyidi.
Missis Uilkins çöplərdən yenisini götürüb fikirli
baxışlarla limonadın axırına çıxdı.
– Eqbertdən narahat olmayın, – dedi, – onda hər şey
qaydasındadı.
Elə bu vaxt bayaqdan bir kənarda dinməz-söyləməz
oturub qalan fransız məmur ayağa qalxıb göyərtədə
gəzişməyə başladı. Onu limandan Fransanın Banqkok-
dakı səfiri, müşavirlər və kral sülaləsinin bir üzvü yola
salmışdı. Uzun müddət üz-üzə dayanıb-durdular, bir-
birlərinin əlini bərk-bərk sıxıb ayrıldılar və gəmi, nəhayət,
sahildən aralananda onun ardınca yaylıq və şlyapalarını
yellədilər. Görünür, o, böyüklərdən idi. Kapitanın ona
monsieur le gouverneur1 kimi müraciət etdiyini eşitdim.
Mister Uilkins, elə bil dirçələn kimi olub:

1 monsieur le gouverneur – cənab qubernator (fran.)

534
   529   530   531   532   533   534   535   536   537   538   539