Page 538 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 538
yam Somerset Moem
bağlanıb oturmaq idi. Kənara çəkilib qalan yeganə insan
italiyali tenor idi. O heç kimlə kəlmə kəsmirdi, bir qı-
raqda oturub astadan gitarasını dınqıldadırdı. Melodi-
yanı tutmaq üçün gərək bütün musiqi yaddaşını işə
salaydın. Onunla, bununla söhbət eləyə-eləyə günün
necə gəlib-keçdiyini müşahidə eləyirdik. Şamdan sonra
bir xeyli göyərtədə oturub ulduzlara tamaşa elədik. İki
kommersant bürküyə baxmayaraq, salonda piket oyna-
yırdı, belçikalı polkovnik isə bizim kiçik dəstəmizə
qoşuldu. O, kök və utancaq idi, ağzını da yalnız nəsə xoş
bir söz deyəndən deyənə açırdı. Havanın qaralıb gecənin
gəlişini xəbər verməsi, qıraqda oturan tenoru ilhama
gətirdi. Görünür, onda belə bir hiss yarandı ki, dənizlə
tək qalıb. Belə ki, gitarada özünü müşayiət eləyə-eləyə
oxumağa başladı: əvvəl lap astadan, sonra ucadan və
nəhayət, musiqi onu necə həzm elədisə, bütün səsini işə
saldı. Spagetti, zeytun yağı, günəş şüası ilə dolu əsl
italiyalı səsi idi. O, mənim gəncliyimdə eşitdiyim Nea-
politan mahnılarını və «Bogema», «Riqoletto», «Travi-
ata»dan ariyaları oxuyurdu. O, ürəkdən oxusa da,
ifasında sünilik də az deyildi və onun səsi haradasa
italiyalı tenorlardan hansısa üçüncüdərəcəliləri xatırla-
dırdı. Amma açıq səmanın altında qərar tutan bu gözəl
gecədə o ifa çöhrələrə yalnız təbəssüm gətirirdi və sən
canını bürüyən duyğudan həzz almaq üçün tənbəllik
eləmirdin. O, təxminən, bir saat oxudu, hamımız sakitcə
əyləşib onu dinlədik. Sonra susdu, amma necə oturmuş-
dusa, eləcə oturub qaldı və onun əzəmətli silueti, tutqun
da olsa, səmanın qürubuna həkk olundu.
Xırda fransız qubernatorun iri arvadının əlindən
tutması diqqətimi cəlb etdi. Çox gülməli, eyni zamanda
təsirli mənzərəydi.
O, qəflətən, sözsüz ki, bayaqdan içində boğduğu
sükutu pozdu. Başqa cür ola da bilməzdi, axı o fransız
çənədən yaxşıydı.
538