Page 535 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 535
Seçilmiş əsərləri

– Bizim gəmidə ən iri balıq bax, o kişidi, – dedi. – O,
buradakı fransız əyalətlərindən birində qubernator olub.
İndi, sadəcə, özüyçün səyahətə çıxıb. Banqkokda mənim
tamaşama gəlmişdi. Yaxşısı budur, soruşum görüm,
nəsə içmək istəyirmi. Əzizim, ona necə müraciət eləyim?
Missis Uilkins ağır-ağır başını döndərib göyərtədə obaş-
bubaşa gedib-gələn fransıza baxdı. Onun yaxasından
Fəxri legion ordeni asılmışdı.

– Müraciət-zad lazım deyil, halqanı göstərən kimi
özü üstünə atılacaq.

Mən özümü gülməkdən zorla saxladım. Monsieur
le gouverneur balacaboy, orta həddən xeyli balaca bir
adam idi, bədəni tökülüb gedirdi, balaca, kifir sifətində
oturuşan ağzı-burnu, təxminən, neqroidlər kimi iriydi,
bundan başqa gur ağ saçı, çatma ağ qaşı və lopa bığı var
idi. O, doğrudan da, əlində tutduğu nəyisə köpəyə sarı
yelləyirdi. Onun gözləri də it gözləri kimi ağıllı, rəhmli,
parıltılıydı. Növbəti dəfə yanlarından keçəndə mister
Uilkins onu çağırdı.

– Monsoo. Qu`est-ce que vons prenez1?
Mən onun bu aksentinin bütün eksentrikliyini heç
cür təsvir eləyə bilmərəm.
– Une petite verre de porto2!
Sonra mənə sarı döndü:
– Əcnəbilər, həmişə porto içirlər, burada başqa
söhbət ola bilməz.
Hələ də dənizə baxmaqda davam eləyən Missis
Uilkins etiraz elədi:
– Almanları bu sıraya qatma. Onlar şnapsdan başqa
içki tanımırlar.
O böyük fransız ayaq saxlayıb bir qədər çaşqın
halda mister Uilkinsə baxdı. Mister Uilkins yüngülcə
sinəsinə döyüb bəyan elədi:

1 Qu`est-ce que vons prenez – Müsyö, siz nə içəcəksiniz (fran.)?
2 Une petite verre de porto – Bir badəcik porto (fran.)!

535
   530   531   532   533   534   535   536   537   538   539   540