Page 530 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 530
yam Somerset Moem
HESABLANMIŞ NİKAH
Mən Banqkokdan yükdaşıma gücü dördyüz-
beşyüz ton olan üzü üzlər görmüş çox da iri
yük olmayan gəmidə çıxdım. Yeməkxana kimi də
xidmət eləyən qaranlıq salon boyu hər iki tərəfində
fırlanan kreslolar qoyulmuş uzun, ensiz stol var idi.
Çirkli, səliqəsiz kayutlar gəminin lap qarnındaydı. Döşə-
mədə tarakanlar gəzişirdilər. Siz, hətta nə qədər səbirli
olsanız belə, əyilərkən ordan yağlı bir tarakanın necə
tənbəl-tənbəl çıxdığını görəndə, təbii ki, özünüzdən
çıxmalıydınız. Biz aşağıya, enli, sakit, mərhəmətli çaya
baxdıq. Onun yaşıllığa qərq olmuş ətrafına səpələnən
evlər düz suya dirənirdi. Biz yoxlama məntəqəsini
keçəndən sonra gözlərim önündə mavi və sakit bir dəniz
canlandı. Onun özünü görüb qoxusunu alanda hiss
elədim ki, sevincdən ürəyim atlanır.
Gəmiyə səhər tezdən mindim və az sonra məlum
oldu ki, tale məni həddən ziyadə maraqlı insanlarla
üzləşdirib. İki fransız kommersant, belçikalı polkovnik,
italiyalı tenor, sirk sahibi artıq göyərtədəydi. Bundan
başqa, hansısa amerikalı və təqaüdə çıxan fransız
məmur da arvadlarıyla həmin dəstənin içindəydi. Sirk
sahibi, necə deyərlər, məclis adamıydı. Belələrini öz
əhvali-ruhiyyəndən asılı olaraq, ürəyin istəsə, yaxınına
buraxa, istəməsə, kənarda saxlaya bilərsən. Mənim
yaşamaq eşqiylə alışıb-yanan vaxtlarım idi. Heç bir saat
keçməmişdi ki, artıq biz onunla bir stəkan içkidən zər
atırdıq. Sonra o, mənə öz heyvanlarını göstərdi. Boyca
çox balaca, dolu bir insan idi. Təmizliyi ilə elə də
seçilməyən ağrəngli dar gödəkçəsi qarnının mərhəmət
dolu cizgilərini gizlətmişdi, amma yaxası elə dar idi ki,
onun boğulmamağı heyrət doğururdu. Tərtəmiz təraş
530