Page 528 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 528
yam Somerset Moem
nim nəyimə lazım? Mən qadın bədənini əlimdə hiss
eləməkdən ləzzət alıram, onların gözlərinin yumulub
dodaqlarının açılmasını xoşlayıram, istəyirəm, o, mənim
qarşımda kərə yağı gün altında əriyən kimi əriyib getsin.
Dilənçi olmaqlarına dilənçidilər, amma, hər halda, həm
də qadındılar.
Meksikalı və Eşenden küçəyə çıxdı. General piyada
getməklərini təklif etdi. Gecənin bu vədəsində bu
məhəllədə taksi sevdasına düşmək ağılsızlıq olardı. Göy
üzü ulduzluydu, əsl yay havasıydı – isti və sakit. Sükut,
sanki ölmüş insanın kölgəsi kimi onlarla yanaşı addım-
layırdı. Vağzala gəlib çatanda binanın silueti qəflətən
aydın çalarlar almağa başladı. Hiss olunurdu ki, elə bil
astaca əsnəməyə başlayan hava indilərdə işıqlanacaq.
Amma haradasa əcdadlardan gələn bir gizli qorxu hissi
də var idi. Bəlkə, heç sabah açılmadı?
Vağzal binasına girib təzədən gecənin əsirinə dön-
dülər. Hamballar, sanki pərdə salınıb dekorasiya yığış-
dırılandan sonra bekar qalmış səhnə fəhlələri kimi
orada-burada uzanıb dinclərini alırdılar. Tam aydınlıqla
görünməyən uniformada postda dayanmış iki əsgərin
tükü də tərpənmirdi.
Gözləmə zalı boş idi, amma ehtiyatı əldən ver-
məyən Meksikalı və Eşenden keçib ən künc yerdə otur-
dular.
– Mənim qatarımın tərpənməyinə düz bir saat var.
Baxaq görək, teleqramda nə yazılıb.
Eşenden cibindən teleqramı, çantasından şifrənin
açarını çıxardı. İstifadə elədiyi şifrə elə də mürəkkəb de-
yildi. Şifrənin açarı iki hissədən ibarət idi. Onlardan biri
onun nazik kitabçasındaydı, birvərəqlik o birini başqa
əraziyə keçərkən yaddaşına köçürüb məhv eləmişdi.
Eşenden eynəyini taxıb işə başladı. Küncdəki taxta di-
vanda əyləşən Tüksüz Meksikalı bükdüyü siqaretləri
bir-birinə calayırdı. Eşendenin nə işlə məşğul olduğuna
528