Page 533 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 533
Seçilmiş əsərləri
Missis Uilkins gözünü dalğalardan çəkmədən əri-
nin sözünə düzəliş verdi:
– İyirmi iki il yarım.
– Hələ də istiyə öyrəşə bilməyib.
Missis Uilkins dalını gətirdi:
– Və heç vaxt öyrəşə bilməyəcək. Özü də bu, sənə çox
gözəl məlumdu.
Boyu elə əriylə eyni olardı, köklüyü də, təxminən
eyniydi, sifəti də onunku kimi, qırmızı və girdəydi,
saçları da eynən o cür sarımtıl, dağınıq idi. Ağlımdan
belə bir qəribə fikir keçdi: görən, bir-birlərinə belə oxşa-
dıqlarına görə evlənmişdilər, yoxsa onların cizgilərini
heyrətamiz şəkildə illər belə eyniləşdirmişdi? Missis
Uilkins başını tərpətmədən dənizə baxmağındaydı.
Ərindən soruşdu:
– Sən heyvanları ona göstərmisən?
– Bəli. Yalan deyirəmsə, boynumu vur.
– Persini bəyəndimi?
– Ona heyran oldu.
Hiss elədim ki, məni adımın hallandığı söhbətdən
ədalətsizcəsinə kənarlaşdırırlar. Odur ki, müdaxilə et-
mək qərarına gəldim.
– Hansı Persi?
– Bizim böyük oğlumuz. Elmer, ora, uçan balığa bax.
Oranqutanqdı. Görən, bu səhər yaxşı yeyə bilibmi?
– Qarnını əməllicə doydurub. O, azadlıqda yaşayan
ən iri oranqutanqdı. Mən onu min dollara da satmaz-
dım.
Bu yerdə soruşmalı oldum:
– Bəs fillə nə qohumluğunuz var?
Missis Uilkins mənə gözünün qırağıyla da baxmadı,
onun mavi gözlərinin laqeyd baxışları ancaq dənizlə
məşğul idi.
Bir xeyli sonra cavab gəldi:
– Heç bir qohumluq əlaqəmiz yoxdu, sadəcə, dostuq.
533