Page 529 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 529
Seçilmiş əsərləri
əhəmiyyət vermirdi, sadəcə, layiq olduğu istirahətinin
həzzini alırdı. Eşenden bir-birinin ardınca rəqəmlərin
şifrələrini açıb tapdığı hər sözü dərhal vərəqə yazırdı.
Onun üsulu bundan ibarət idi ki, gərək iş bitənəcən
mənaya əhəmiyyət verilməsin, əks halda, şübhəsiz,
tələsik nəticələrə gələ bilərsən və bu, səhvə yol açar. Be-
ləcə, oturub mənasını dərk eləmədən sözü sözə cala-
yırdı. Və yalnız hər söz yerini tutandan sonra teleqramı
oxudu. Teleqramın mətni belə idi:
“Xəstəlik səbəbindən Konstantin Andreadi Pireydə
yubanır. O, Neapola gələ bilmir. Cenevrəyə qayıdıb ins-
truksiyanı gözləyin”.
İlk əvvəl Eşenden heç nə anlamadı. Bir də oxudu.
Hiss elədi ki, bütün canı ayaqdan-başacan əsməcə için-
dədir. Və özündən xəbərsiz biranlıq o tərifli təmkinini
tamamailə itirib dil-dodağı quruya-quruya xırıltıyla
pıçıldadı:
– Axmaq köpəyoğlu! Siz başqasını öldürmüsünüz!
529