Page 526 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 526
yam Somerset Moem

– Acından ölürəm, – dedi. – Amma deyim ki, do-
yunca şam eləmişdim. Siz harada şam elədiniz? Bir az
makaron yeyin, hə?

Eşenden:
– İştaham yoxdu, – dedi.
Amma qabı qabağına çəkəndə heyrətinə rəğmən
hiss elədi ki, o da acıb. Tüksüz Meksikalı hər iki ovur-
dunu doldurub yeyirdi və yeməkdən hədsiz həzz alırdı.
Bununla bərabər, par-par yanan gözləriylə ora-bura
baxa-baxa nəfəs dərmədən danışırdı. Xanımı iki daş
arasında bütün həyatını ona danışmışdı, indi də Meksi-
kalı eşitdiklərini Eşendenə ötürürdü. Arada iri çörək
tikələrini də ağzına basırdı. Əlavə bir şüşə şərab da si-
fariş elədi. Şərab süfrəyə verilən kimi ucadan kinayə ilə:
– Bu çaxır nədi axı! – dedi. – Çaxır şampanın ya-
nında içki deyil. Hətta adamın susuzluğunu da aparmır.
Necədi, amigo, özünüzü indi yaxşı hiss eləyirsinizmi?
Eşenden gülümsəyib:
– Etiraf eləməliyəm ki, hə, yaxşıyam.
– Təcrübə, bax, sizdə çatışmayan ancaq budur, az-
maz təcrübə lazımdı.
O, stol boyu dartılıb əlini Eşendenin çiyninə vurdu.
Eşenden səksənib ucadan:
– Bu nədi? Manjetinizdəki bu ləkə haradandı? –
dedi.
Tüksüz Meksikalı gözünün bir qırağıyla ətəyinin
küncünə baxdı.
– Hə, bunu deyirsən? Boş şeydi. Qandı da. Bədbəxt
hadisə, azca kəsilib.
Eşenden susdu. Giriş qapısının üstündəki saatın
əqrəblərini gözləri öz-özünə axtarıb tapdı.
– Narahatsınız ki, birdən qatara gecikərsiniz? So-
nuncu bir rəqs və mən sizi buradan vağzala ötürürəm.
Meksikalı ona xas olan özünə arxayınlıqla ayağa
qalxıb yaxında olan qadınlardan birini ələ keçirib rəqsə
başladı. Eşenden sınayıcı baxışlarını ona dikmişdi. Əl-

526
   521   522   523   524   525   526   527   528   529   530   531