Page 521 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 521
Seçilmiş əsərləri

– Heç bir təhlükə yoxdu, amigo1 – dedi, – amma
əgər istəmirsinizsə, mən tək də gedə bilərəm.

Eşenden cavabında:
– Yox, birlikdə gedək, – dedi.
– Mehmaxanada hamı daş kimi yatıb, cənab An-
dreadi sarıdan isə narahat olmaya bilərsiniz. Əgər istə-
yirsinizsə, ayaqqabınızı çıxarın.
Eşenden susdu. Hiss elədi ki, əlləri yüngülcə əsir.
Özünü ələ aldı. Yarımboğazının iplərini açıb çıxardı və
bir kənara tulladı. Meksikalı da belə elədi.
– Birinci siz çıxın, – dedi. – Sola dönüb dəhlizlə düz
gedin. Otuz səkkizinci otaqdı.
Eşenden qapını açıb dəhlizə qalxdı. Yarıqaranlıq idi,
lampalar yüngülcə işarırdı. O əsəbiydi və buna görə
özünü qınayırdı. Çünki yanındakının dünya-aləm veci-
nə deyildi. Onlar qapıya yaxınlaşdılar. Tüksüz Meksika-
lı açarı qapıya salıb fırlatdı və otağa keçdi. İşığı yandırdı.
Eşenden ardınca içəri keçib qapını bağladı. Pəncərənin
pərdələri salınmışdı.
– Bax, indi hər şey qaydasındadı. Tələsməmək də
olar.
Meksikalı cibindən bir bağlama açar çıxarıb bəxtini
sınadı. Nəhayət, onlardan biri düşdü. Çamadan paltar-
larla doluydu. Tüksüz Meksikalı onları bir-bir çıxarıb
kinayə ilə:
– Xəsis köpəyoğlu, – dedi. – Mənim qənaətim belədi
ki, insan gərək ən bahalı şeyi ala. Özü də nəticədə, bu
adama daha ucuz başa gəlir. Centlmenlik anadangəlmə
bir şeydi: ya var, ya da yoxdu.
Eşenden mızıldandı:
– Siz gərək mütləq danışasınız?
– Təhlükənin tamını hərə bir cür hiss eləyir. Məsə-
lən, təhlükə sizin əhvalınızı pozur, amma məni ehtirasa
gətirir, amigo.

1 amiqo – dost (isp.)

521
   516   517   518   519   520   521   522   523   524   525   526