Page 525 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 525
Seçilmiş əsərləri
kanı birnəfəsə başına çəkib makaronu gözləyə-gözləyə
qonşu stollarda əyləşən qadınları gözdən keçirməyə
başladı. Sonra Eşendenə baxmadan ona müraciətlə:
– Siz rəqs eləməyəcəksiniz? – dedi. – Mən indi qal-
xıb o qızlardan birini rəqsə dəvət eləyəcəm.
Eşenden oturub baxmaqla kifayətləndi. Meksikalı
qalxıb onlardan ən azından par-par yanan gözlərə və ağ
dişlərə malik birisinə yaxınlaşdı. O, ayağa qalxdı və
Meksikalı onun əlindən tutdu. Meksikalı qiyamət rəqs
eləyirdi. Eşenden onun öz xanımıyla necə danışdığını,
sonra o qadının necə gülümsədiyini gördü. Budur,
təklifini qəbul eləyəndə o qadının üzündən boylanan
laqeyd ifadə artıq maraqlı baxışlarla əvəz olunub. Az
sonra hər ikisi deyib-gülürdü. Rəqs bitdi, Tüksüz Mek-
sikalı xanımını öz yerinə ötürüb Eşendenin yanına qa-
yıtdı və daha bir stəkan şərab içdi.
– Xanımımı bəyəndiniz? – dedi. – Pis deyil, hə? Rəqs
yaxşı şeydi. Niyə axı siz də birini dəvət eləməyəsiniz?
Əla yerdi, hə? Mənə bel bağlamaq olar, həmişə hamının
ürəyini oxuyuram. İnstinktim məni heç vaxt darda qoy-
mur.
Pianoçu təzədən çaldı. Həmin qadın sual dolu
nəzərlərini Tüksüz Meksikalıya dikdi. O, baş barmağını
cütlüklərin toplaşdığı səmtə tuşlayanda qadın yerindən
dik atıldı. Tüksüz Meksikalı pencəyinin bütün düymə-
lərini bağlayıb belini dikəltdi və stolun böyründə daya-
nıb gözlədi. Qadın ona yaxınlaşdı və Meksikalı onu
dərhal qamarladı. Artıq o, hamıyla birlikdə atılıb-
düşürdü, deyib-gülürdü. Belə görünürdü ki, bu yemək-
xanada hamıyla dostlaşıb. İspan aksentli italyancasıyla
onunla-bununla zarafatlaşa-zarafatlaşa qalmışdı. Onun
hazırcavablığı hamıda gülüş doğururdu. Ofisiant iki qab
spagettini gətirəndə Meksikalı yeməyi görüb o qədər də
uzatmadan xanımına imkan yaratdı ki, bu dəfə yerinə
özü tək qayıtsın. Və stoluna tələsdi.
525