Page 520 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 520
yam Somerset Moem
– Sizi qorxutdum? – dedi. – Fikirləşdim, qapını
döyməsəm, yaxşıdı.
– Sizi görən oldu?
– Məni gecə portyesi içəri buraxdı. Giriş qapısının
zəngini basanda yatmışdı. Mənə heç gözünün qırağıyla
da baxmadı. Bağışlayın ki, sizi narahat elədim. Amma
əynimi dəyişməliyəm.
Tüksüz Meksikalının əynində yenə əvvəlki kost-
yum və bura gələndə başında olan həmin açıqrəngli pa-
rik idi. İndi onun görkəmi kəskin dəyişmişdi. O daha
hündür, daha işıqlı görünürdü. Hətta siması da baş-
qaydı. Gözləri par-par yanırdı, dərhal bilinirdi ki, çox əla
əhvaldadı. Ani olaraq Eşendenə baxdı.
– Dostum, rənginiz nədən belə ağarıb? Olmaya
həyəcan keçirirsiniz?
– Siz sənədləri götürə bildiniz?
– Yox. Yanında deyildi. Yanında olan bu idi.
O, pasportla, şişman pul kisəsini stolun üstünə
qoydu.
Eşenden tələsik:
– Bu, mənim gərəyim deyil, – dedi. – Götürün.
Tüksüz Meksikalı çiyinlərini çəkib onları cibində
gizlədi.
– Bəs qarnındakı nə idi? Deyirdiniz, bütün günü
toqqa yerini əlləyir.
– Orada pul idi. Pul kisəsini götürəndə gördüm,
içində şəxsi məktublar, bir də qadın şəkilləri var. Görü-
nür, bu gün mənimlə görüşdən əvvəl sənədləri çama-
dana qoyub.
Eşenden iniltiylə:
– Lənət şeytana, – dedi.
– Nömrəsinin açarı məndədir. Gərək gedib onun
baqajına baxaq.
Eşendenin rəngi ağardı. Donub qaldı. Meksikalı
ürəkdən güldü. Elə bil balaca uşağa ürək-dirək verirmiş
kimi:
520