Page 522 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 522
yam Somerset Moem
Eşenden kişi kimi etiraf etdi.
– Bəli, məsələ burasındadı ki, məni vahimə bassa
da, sizin dünya-aləm vecinizə deyil.
– Hamısı əsəbdəndi.
Meksikalı çıxardığı paltarları cidd-cəhdlə əliylə
yoxlayırdı. Çamadanda heç bir kağız yox idi. Odur ki,
bıçaq çıxarıb çamadanın üzlüyünü kəsdi. Çox ucuz ça-
madan idi, üzlük birbaş dermantinə yapışdırılmışdı.
Orada heç nə ola bilməzdi.
– Burada yoxdu... Yəqin, otağın harasındasa gizlə-
yib.
– Əminsinizmi ki, onu harasa təhvil verməyib?
Məsələn, hansısa konsulluğa?
– Mən onu bir dəqiqə də gözümdən kənar qoyma-
mışam, təkcə üzünü qırxmağını saymasam.
Tüksüz Meksikalı dolabın yeşiklərini çəkdi, şkafın
qapılarını taybatay açdı. Döşəmədə xalça yox idi, çarpa-
yının, yorğan-döşəyin altını isə diqqətlə yoxladı. Onun
qartal kimi iti qara gözləri xəzinə axtarışıyla bütün künc-
bucağı gəzə-gəzə qalmışdı.
– Bəlkə, sənədləri aşağıda, portyenin yanında
qoyub?
– Mən bilərdim. İnanmıram, elə risk eləsin. Amma
burada da yoxdu. Nəsə müəmmalı işdi.
Tüksüz Meksikalı yenidən təəccüblə otağa göz
gəzdirib qaşlarını çatdı.
Eşenden:
– Çıxaq buradan, – dedi.
– Bircə dəqiqə.
Meksikalı diz üstə düşüb çıxardığı paltarları çevik
və səliqəli şəkildə çamadana yığdı. Ağzını bağlayıb
dayandı. Sonra işığı söndürdü və ehtiyatla qapını açıb
dəhlizə baxdı və Eşendenə işarə eləyib çıxdı. Eşenden də
onun ardınca çıxdı. Meksikalı nömrənin qapısını bağ-
layıb açarı cibinə qoyandan sonra birlikdə Eşendenin
otağına qayıtdılar. Qapını arxalarınca çox çətinliklə bağ-
522