Page 517 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 517
Seçilmiş əsərləri
asırdı, görünürdü ki, söhbətim onun üçün maraqlıdır,
amma bir kəlmə də münasibət bildirmədi. Mən də, təbii
ki, zor eləmək istəmədim. Sənədlər üstündədir.
– Haradan bilirsiniz?
– Çamadanından qəti narahat deyil, əvəzində, tez-
tez qarnını əlləşdirir. Sənədlər ya toqqasında, ya da jile-
tinin astarının içindədir.
– Bəs hansı ağılla siz onu bu mehmanxanaya dartıb
gətirmisiniz?
– Məncə, burada daha rahat iş görərik. Ola bilsin,
onun baqajını axtarmalı olduq.
– Siz də burada məskunlaşmısınız?
– Yox, mən elə də axmaq deyiləm. Ona dedim, gecə
qatarıyla Romaya getməliyəm, odur ki, nömrə gərəyim
deyil. Di haydı, mən getməliyəm. Onunla danışmışıq ki,
iyirmi beş dəqiqədən sonra bərbərxanada görüşək.
– Yaxşı.
– Bu axşam sizi harada tapa bilərəm.
Eşenden bir müddət baxışlarını Tüksüz Meksika-
lının üzərində saxlayıb sonra üz-gözünü turşudub başını
çevirdi.
– Mən nömrəmdə olacam.
– Lap gözəl. Baxın görün, dəhlizdə adam yoxdu ki?
Eşenden qapını açıb baxdı. Heç kim gözə dəymirdi.
İlin bu vaxtı mehmanxana, ümumiyyətlə, boş olurdu.
Şəhərdə, demək olar, əcnəbi yox idi, onların axını bir
azdan başlanacaqdı.
Eşenden:
– Hər şey qaydasındadı, – dedi.
Tüksüz Meksikalı qorxu-hürküsüz dəhlizə çıxdı və
Eşenden onun ardınca qapını bağladı. Sonra üzünü qır-
xıb aramla geyindi. Meydan bayaqkı kimi günəşliydi,
piyadalar və kök atların çəkib apardığı arabalar yenə
əvvəlki kimi ora-bura gedib-gəlməyindəydi. Amma indi
bu mənzərə Eşendenin heç də bayaqkı kimi ürəyini
517