Page 513 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 513
Seçilmiş əsərləri
Polkovnikin instruksiyasına riayət eləyib yalnız mənə
vacib olan şeyləri bilməyə üstünlük verirəm.
– Belə də olmalıdır. Əgər şərait məni pis ayaqda
qoysa və iş baş tutmasa, təbii ki, mən siyasi dustaq sayı-
lacam. İtaliya isə gec-tez müttəfiqlərin tərəfinə keçəcək
və deməli, məni həbsdən azad edəcəklər. Gördüyünüz
kimi, mən hər şeyi nəzərə almışam. Amma sizdən
acizanə xahiş eləyirəm işimizin nəticəsi barədə qəti
narahatlıq keçirməyəsiniz. Elə bilin, sizdən ötrü bu iş,
sadəcə, Temzanın sahillərində gəzinti kimi bir şeydi.
Hər halda, onlar, nəhayət, ayrılanda Neapola yol-
lanan Eşenden kupedə tək qaldığını görən kimi dərin-
dən nəfəs aldı. Bu çərənçi, əzazil, qeyri-adi yol yoldaşından
canını qurtardığına görə şad idi. Meksikalı Brindiziyə
Konstantin Andreadiylə görüşə gedirdi və əgər onun
danışdıqlarından, heç olmasa, yarısı həqiqət idisə, Eşen-
den həmin o yunanın yerində olmadığına görə özünü
yalnız təbrik eləyə bilərdi. Maraqlıdır, görən, hədəf necə
adamdı? Düşünəndə ki, indi o, özünün məxfi sənədləri
və təhlükəli sirləriylə mavi dənizlə üzə-üzə heç nədən
xəbərsiz başını birbaşa kəndirə keçirir, adamı vahimə
basırdı. Amma, əlbəttə, müharibə müharibədi, yalnız
səfehlər elə düşünə bilərlər ki, ağ əlcəklə də döyüşmək
olar.
Eşenden Neapola gəlib çatan kimi mehmanxanada
otaq tutub ünvanını makina yazısı xəttiylə kağıza
köçürüb Tüksüz Meksikalıya göndərdi. Sonra Britaniya
konsulluğuna yollandı. R. demişdi ki, ona nə tapşırıq
veriləcəyini oradan öyrənə bilər. Orada onun barəsində
artıq məlumatlıydılar və deməli, işlər qaydasında
gedirdi. Qərara aldı ki, indi bütün qayğıları bir kənara
qoyub hələlik öz kefi üçün yaşaya bilər. Bu cənub şəhə-
rində baharın ən yaxşı vaxtıydı, qızmar günəş adamla
dolu küçələrdən öz mərhəmətini əsirgəmirdi. Eşenden
Neapolu pis tanımırdı. Adam əlindən tərpənmək müm-
513