Page 508 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 508
yam Somerset Moem

Deyəsən, bayaq sizə dedim ki, elə də gözəl deyil. Yox, o,
mənim indiyəcən tanıdıqlarım içində ən füsunkarı, ən
cazibədarı idi. Ovsunlanmışdım. Həm belə gözəl, həm
də belə hazırcavab. Mükəmməllik mücəssəməsi, əsl
ispan gözəli, bir sözlə, ağlı başdan eləyən qadın. Mənə
qarşı nədən belə laqeyd olduğunun səbəbini soruşanda
üzümə baxıb güldü. Onu özümə cəlb eləmək üçün
dəridən-qabıqdan çıxırdım. Bütün bacarığımı, hətta ba-
carmadığımı işə saldım. Amma nə xeyri, elə ki yeyib
qurtardıq, süfrənin arxasından qalxdı və mənə gecənin
xeyirini diləyib sağollaşdı. Hara getdiyini soruşanda
cavabı belə oldu ki, onu buraxacağıma söz vermişəm və
kişi gərək sözünün üstə dursun. Mən onu dilə tutdum,
yola gətirmək istədim, özümdən çıxdım, hay-küy qal-
dırdım, dəlilik elədim, amma fikrindən döndərə bilmə-
dim. Ondan razılığını ala bildiyim yeganə şey sabah
təzədən eyni şərtlərlə birlikdə şam eləmək oldu.

Deyəcəksiniz ki, özümü axmaq kimi aparmışam?
Xeyr, mən dünyanın ən xoşbəxtiydim. Düz bir həftə
sərasər yalnız evimə gəlib mənimlə birlikdə şam elə-
diyinə görə ona hər gün min duros verirdim. Hər axşam
onu ilk öküz döyüşünə çıxan novillero1 kimi ürəyim əsə-
əsə gözləyirdim. Və hər axşam o, mənimlə məzələnirdi,
oynayırdı, nazlanırdı, ağlımı başımdan alırdı. Mən
dəlicəsinə vurulmuşdum. Ömrüm boyu – nə əvvəl, nə
də sonra heç kimi belə ehtirasla sevməmişəm. Hər şey
yadımdan çıxmışdı, gecə-gündüz ancaq onu düşünür-
düm. Mən vətənini sevən, vətənpərvər insanam. Biz bir
neçə məsləkdaş bir yerə toplaşıb qərara aldıq ki, millətə
bu əzabı verən hakimiyyətin harınlığına daha dözmək
olmaz. Gəlirli vəzifələrin hamısı başqalarının əlindəydi,
bizlər yalnız alverçi yerinə qoyulub vergi ödəmək üçün
lazım idik. Hər dəfə də dözülməz təhqirlərə məruz qalır-

1 novillero – şəyird toreador (isp.)

508
   503   504   505   506   507   508   509   510   511   512   513