Page 512 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 512
yam Somerset Moem
yaranır. Motivsiz isə ən üzdə olan dəlillər də inandırıcı
görünməyəcək. Məsələn, təsəvvür edin, siz aysız-ulduz-
suz bir gecədə bomboş küçədən keçən birisinə yaxınlaşıb
bıçağı düz onun ürəyinə sancırsınız. Sizdən şübhələn-
mək kimin ağlına gələr? Amma əgər o, sizin arvadınızın
məşuqu, ya qardaşınız, yaxud da sizi aldadan və ya
təhqir eləyən birisidisə, bu zaman hansısa kağız parçası,
qırıq kəndir, yaxud təsadüfi bir söhbət sizin dar ağacına
çəkilməyiniz üçün kifayətdir. Qətl zamanı sizin harada
olduğunuzu eşib biləcəklər. Bu hadisədən azca əvvəl və
dərhal sonra sizi görən insanlar mütləq tapılacaq. Amma
əgər qətlə yetirilənlə aranızda heç bir münasibət yox-
dusa, sizdən şübhələnmək heç kəsin ağlına gəlməyəcək.
Qatil Cek hadisə üstündə yaxalanana qədər şəhəri gəzib
dolaşmırdı?
Eşenden bir neçə səbəbdən söhbətin mövzusunu
dəyişmək istəyirdi. Romada ayrılmalıydılar və ora çata-
nacan hər şeyi aralarında razılaşdırmalıydılar. Meksikalı
Romadan Brindiziyə, Eşenden Neapola yollanmalıydı.
Eşenden limanın yaxınlığında alverçilərin və adi turist-
lərin qaldığı ikincidərəcəli “Otel de Belfast”da yerləşmək
niyyətindəydi. Onun hansı nömrədə qaldığını general
əvvəlcədən bilməliydi ki, işdi-şayəd bir hadisə baş versə,
portyedən soruşmadan birbaşa onun yanına qalxa bilsin.
Odur ki, növbəti dayanacaqda Eşenden qatardan düşüb
stansiya bufetindən zərf aldı və Meksikalıya verdi ki, öz
əliylə onun üstünə adını və Brindizidəki ünvanını yaz-
sın. İndi Eşendenə yalnız kağızı onun içinə qoyub, mək-
tubu poçt qutusuna salmaq qalırdı.
Tüksüz Meksikalı çiyinlərini çəkdi.
– Məncə, bütün bunlar hamısı uşaq hərəkətidi. Heç
bir risk-filan yoxdu. Amma işdi, əgər nəsə baş versə,
əmin ola bilərsiniz ki, sizdən azca da şübhələnməyə-
cəklər.
Eşenden:
– Bu cür işlərdən elə də başım çıxmır, – dedi. –
512