Page 514 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 514
yam Somerset Moem

kün olmayan Pyatsa di San-Ferdinando, gözəl məbədə
malik Pyatsa del Plebişito yaddaşında xoş xatirələr
oyadırdı. Strada di Kyara o vaxt olduğu kimi yenə hay-
küylü idi. Eşenden dalanlarda ayaq saxlayıb ilan kimi
qıvrılıb yuxarı qalxan əyri-üyrü dar küçələrə baxırdı.
Oüz-buüz sıralanan hündür evlər bir-birlərinə üstdən
qurumaq üçün eynən bayram bayraqları kimi paltarlar
asılmış iplə bağlanmışdı. Sahildə gəzişdi, Kaprinin vale-
hedici vadilərinə baxanda gözləri qamaşdı. Gəncliyində
divarları arasında xeyli romantik saatlar yaşadığı Pozi-
lippoya gəlib çatdı. Və heyrətinə rəğmən, hiss elədi ki,
keçmişlə bu görüş ürəyində yüngül ağrı əmələ gətirdi.
Sonra at arabasında güllə kimi dükanların arasından
keçib təzədən Qalereyaya qayıtdı. Küncdəki stollardan
birinin arxasında oturub americano kokteylindən içə-içə
insanları müşahidə eləməyə başladı. Onlardan kimi
oturmuşdu, kimi ayaq üstəydi, amma hamı bir nəfər
kimi hərəkətdəydi, dillərinə, əllərinə aman vermədən
bir-birlərinə nəyisə sübut eləməyə çalışırdılar. Eşenden
təxəyyülünə güc verib o insanların, əslində, həyatda
necə olduqlarını görkəmlərindən təyin eləyərək bu
məşğuliyyətindən həzz alırdı.

Eşenden üç gününü öz kefinə uyğun keçirdi. Onun
bu ovqatı xoşüzlü, qayğısız, nağıl kimi bu şəhərə necə
də uyğun gəlirdi. Səhərdən axşamacan işi-gücü ancaq
küçələri veyillənməkdən ibarət idi. Yan-yörəsinə nə
onun üçün maraqlı görünən abidələrə biganə olmayan
turist, nə də hər şeydə özünə lazım olanı axtaran yazıçı
(qürub çağı yaxşı bir ifadə, yaxud qarşıdan gələn simada
xarakter tapmaq üçün) kimi baxırdı. Hər şeyə artıq
həyatdan yeni heç nə gözləməyən və dünyanın sonunun
gəldiyi qənaətində olan avaranın gözləriylə baxırdı.
Özünə məlum səbəbdən məhrəmanəliklə xatırladığı Bal-
aca Aqrippinin heykəlinə baxmaq, şəkil qalereyasında
Tisianla Braygelin rəsmlərini yenidən görmək ümidiylə

514
   509   510   511   512   513   514   515   516   517   518   519