Page 518 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 518
yam Somerset Moem

açmırdı. Kefi elə də yaxşı deyildi. Adəti üzrə, konsulluğa
baş çəkib ona teleqram olub-olmadığını soruşdu. Heç nə
yox idi. Sonra Kukuya dəyib Romaya olan qatarların
cədvəlini gözdən keçirdi. Biri gecəyarısı, o biri səhər saat
beşdə tərpənirdi. Birinciyə çatsa, yaxşı olar. Meksikalının
planlarından xəbəri yox idi. Əgər, doğrudan da, Kubada
olmalıdırsa, yəqin, ən münasib yol İspaniyadan keçib
getməkdi. Və Eşenden onun üçün birisi gün Neapoldan
Barselonaya üzən bərənin vaxtını öyrəndi.

Neapol Eşendeni darıxdırdı. Günəşin şüaları gözlə-
rini yorurdu, küçənin toz-torpağı, dözülməz səs-küy
əsəblərinə təsir eləyirdi. O, qalereyada kokteyl içdi. Bir
müddət oturdu. Sonra kinoya baxmağa getdi. Axşam
mehmanxanaya qayıdanda portyeyə dedi ki, sabah hava
işıqlanan kimi çıxıb gedəcək, odur ki, hesabı indidən
ödəmək istəyir. Məsələ həll olunandan sonra yükünü
vağzala apardı, yalnız içində üç-dörd kitab və şifrələri
açmaq üçün açar olan çantanı yanında saxladı. Sonra
şam elədi. Nəhayət, öz nömrəsinə qayıtdı və oturub
Tüksüz Meksikalını gözləməyə başladı. Bərk həyəcan
keçirirdi. Başını qatmaq, toxtamaq üçün kitab oxumaq
istədi. Kitab nəsə ona darıxdırıcı göründü. Başqasını
götürdü, amma nəsə fikrini cəmləyə bilmirdi. Saata
baxdı. Ümidsiz dərəcədə tez idi. Otuz səhifə oxuyana qə-
dər saata baxmayacağına söz verib kitabı açdı. Oxu-
duqlarından bir şey anlamayaraq, eləcə sətirlərə göz
gəzdirib, səhifələri çevirməklə məşğul idi. Təzədən saata
baxdı. İlahi, cəmi on birin yarısıdı! Maraqlıdır, görən,
Tüksüz Meksikalı indi haradadı? Nə işlə məşğuldu?
Təki işləri korlamaya. Dəhşətdi. Yaxşısı budur, pəncə-
rəni bağlayıb pərdəni çəkim. O, siqareti bir-birinə cala-
yırdı. Saata baxdı. On ikiyə iyirmi beş dəqiqə işləmişdi.
Ağlına gələn bir fikirdən ürəyi dəli kimi döyünməyə
başladı. Maraq üçün nəbzini yoxladı. Say, qəribə də olsa,

518
   513   514   515   516   517   518   519   520   521   522   523