Page 536 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 536
yam Somerset Moem
– Moa, proprietaire Cirque. Vous avez visite1.
Ardınca mister Uilkins, yəqin ki, özünə də məlum
olmayan hansısa səbəbdən əliylə halqa təsvir elədi. Elə
bil köpəyi onun içindən tullanmağa dəvət eləyirdi. Son-
ra hələ də missis Uilkinsin dizləri üstə oturub qalan
meymunu təqdim etdi:
– La petit fils de mon femme2.
Qubernatorun sifəti alışıb-yandı və o, qəflətən şaq-
qanaq çəkdi. Xüsusi gülüşü var idi: musiqili və dəhşətli
dərəcədə yoluxucu. Odur ki, mister Uilkins də ona qo-
şulub güldü. Və ucadan:
– Oui, oui, Moa, sirkin sahibi. Une petite verre de
porto. Oui, oui. N`est-ce pas3?
Missis Uilkins qaçan dalğalara xəbər verdi:
– Hə, mister Uilkins fransızca əsl fransız kimi danı-
şır.
Qubernator hələ də gülə-gülə razılaşdı:
– Mais tres volontiers4.
Mən kreslonu ona tərəf itələdim və o, missis
Uilkinsə təzim edərək yanımızda əyləşdi.
Missis Uilkins hələ də gözünü dənizdən çəkməyə-
rək:
– Köpəyə de ki, bizim oğlumuzun adı Eqbertdi, –
dedi.
Mən oğlanı çağırdım və hamımız üçün içki sifariş
elədik. Missis Uilkins:
– Elmer hesabı ver, – dedi, – misterlik bir iş yoxdu.
Zər atmaqdı, nədi, əgər o, cüt sədən artığını ata bilmirsə,
yazığın günahı nədi?
Qubernator nəzakətlə missis Uilkinsə müraciət etdi:
– Vous comprenez le français, madame5?
1 Mən sirkin sahibiyəm. Siz də ora təşrif buyurmuşdunuz (fran.).
2 Mənim həyat yoldaşımın balaca oğlu (fran.)
3 Bəli, bəli. Bir badəcik porto. Bəli, bəli. Elə deyilmi (fran.)?
4 Məmnuniyyətlə (fran.)!
5 Madam, siz fransızca başa düşürsünüzmü (fran.)?
536