Page 540 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 540
yam Somerset Moem
Qubernatorun necə nəvazişlə onun əlini sıxdığı
gözümdən yayınmadı.
– Bilirsiniz, mən uzun müddət donanmada xidmət
eləmişəm. İstefaya çıxanda qırx doqquz yaşım vardı.
Hiss eləyirdim ki, gücüm aşıb-daşır. Özümə nəsə bir
məşğuliyyət tapmaq istəyirdim. Bütün əlaqələrimi işə
salıb axtarışa çıxdım. Xoşbəxtlikdən, sanballı bir əmioğ-
lum vardı. Demokratik cəmiyyətin bir üstün cəhəti var:
əgər müəyyən təsir gücünə maliksənsə, müəyyən xid-
mətlərin olubsa, bu, elə-belə keçməyəcək, öz qiymətini
alacaqsan.
Arvadı:
– Sən lap təvazökarlıq mücəssəməsisən, mon pau-
vre ami1, – dedi.
– Və bir gün nazir məni yanına çağırıb əyalətlərdən
birinin qubernatoru vəzifəsini təklif elədi. Məni gön-
dərmək istədiyi yer kifayət qədər uzaqda idi. Üstəlik, hə-
min yer, demək olar ki, dörd tərəfdən su içindəydi.
Amma ömrünü o limanla bu liman arasında xərcləyən
insan üçün burada ehtiyatlanmalı bir şey yox idi. Mən
təklifi sevinclə qəbul etdim. Nazir mənə yola çıxmaq
üçün bir ay vaxt verdi. Cavab verdim ki, olub-qalanı
əyin-başdan, bir də kitabdan ibarət olan bir qoca subaya
hazırlaşmaq üçün elə də çox vaxt lazım deyil.
O, təəccüblə:
– Comment, mon lieutenant2, siz subaysınız?
– Bəli, – dedim. – Bu mövqedə də qalmaq niyyətin-
dəyəm.
– Bu təqdirdə, elə bilirəm, təklifimi geri götürməli
olacam. Bu vəzifə üçün siz mütləq evli olmalısınız.
Uzun əhvalatdı, amma məğzini qısaca bəyan elə-
yim, səbəbkar mənim sələfim idi. Həmin o subay kişi-
1 mənim zavallı dostum (fran.)
2 Necə yəni, leytenant (fran.)?
540