Page 543 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 543
Seçilmiş əsərləri
gəlirdi ki, əgər onlardan biriylə görüşə bilməsəm, öm-
rümün sonunacan əzab çəkəcəyəm ki, bəs taleyin mənə
göndərdiyi və yanından ötüb-keçdiyim məhz elə o qa-
dınmış. Odur ki, bu avantüradan imtina eləmək qəra-
rına gəldim.
Əzik-üzük məktubların və şəkillərin əlindən ayaq
basmağa yer olmayan nömrəmdə ürəyim darıxdı. Azca
da olsa fikrimi dağıtmaq üçün kafelərdən birinə yol-
landım. Bir müddətdən sonra bir tanışım gəlib çıxdı.
Məni görüb başıyla salam verdi və gülümsədi. Mən də
ona təbəssümlə cavab vermək istədim, amma necə, ürə-
yim qan ağlayırdı... Fikirləşdim ki, ömrümün axırınacan
başımı o xırda təqaüdlə girləməli olacam. Tanışım da-
yanıb mənə yaxınlaşdı və gəlib yanımda oturdu. Ma-
raqla soruşdu:
– Nədən belə fikirlisən, mon cher1.
Ürəyimi boşaltmağa adam tapdığıma sevindim və
bütün əhvalatı ona danışdım. O qəşş eləyib özündən
getdi. Sonralar dəfələrlə fikirləşmişəm ki, doğrudan da,
kənardan baxan üçün bu əhvalat kifayət qədər gülməli
görünə bilər, amma sizi əmin eləyirəm ki, həmin an mən
burada gülməli bir şey görmürdüm. Tanışıma da belə
dedim, özü də çox kəskin tərzdə. Və bu zaman o, imkanı
daxilində ovqatını təlx eləmək istəmədən soruşdu:
– Amma əzizim, sən, həqiqətənmi, evlənməyə ha-
zırlaşırsan?
Bu yerdə mən özümə nəzarəti tamam itirdim. Ona
müraciətlə:
– Ay başdan xarab – dedim, – əgər mən evlənmək,
özü də təcili, iki həftə ərzində evlənmək istəməsəydim,
hansı ağılla üç gün sərasər ömrümdə bir dəfə də üzlərini
görmədiyim qadınların sevgi məktublarıyla əlləşə-əlləşə
qalmışdım?
1 mon cher – mənim dostum (fran.)
543