Page 546 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 546
yam Somerset Moem

günün axşamı mən qatarla Cenevrəyə yola düşdüm. Ora
çatan kimi dərhal o qıza kağız yazıb yolladım ki, bəs ona
xalası oğlundan hədiyyə gətirmişəm və yaxşı olar ki,
həmin hədiyyəni şəxsən özüm verim. Bir saatdan sonra
cavab gəldi. Yazmışdı, günorta saat dörddə məni məm-
nuniyyətlə qəbul eləyər. Ora gedənəcən vaxtımı güz-
günün qabağında keçirdim, düz on yeddi dəfə qalstukumu
açıb bağladım. Düz saat dörddə onun qapısının asta-
nasındaydım. Məni oradan birbaş qonaq otağına ötür-
dülər. O, məni gözləyirdi. Xalası oğlu demişdi ki, o, elə
də kifir deyil. Təsəvvür edirsizmi, əvəzində, qədd-qa-
mətli, Yunona qədər əzəmətli, Venera qədər gözəl, ba-
xışlarından Minevranın ağlı boylanan bu gənc qadını,
enfin1 gənclik təravətini saxlayan bu qadını görəndə
əməlli-başlı heyrətləndim.

Arvadı ağzını büzüb:
– Ölçü hissini tamam itirmisən, – dedi. – Burada
hamıya aydındı ki, sən birinin üstünə beşini qoyursan.
– And içirəm ki, şişirdib eləmirəm. Elə heyrətlən-
mişdim ki, az qala şokolad qutusunu əlimdən salacaq-
dım. Amma dərhal özümə toxtaqlıq verdim: «La garde
meurt mais ne se rend pas»2. Mən şokolad qutusunu ona
verib xalası oğlundan danışdım. O, çox ünsiyyətcil idi.
Beləcə, düz iyirmi beş dəqiqə dərdləşdik. Sonra özümə
komanda verdim: «İrəli». Və hər şeyi açıb dedim:
– Mademoiselle, etiraf eləyim ki, mən yalnız bu
şokolad qutusunu sizə vermək üçün gəlməmişəm.
Gülümsəyib cavab verdi ki, mənim Cenevrəyə gəli-
şimdə başqa ciddi səbəblərin də olması təbii şeydi.
– Mən bura sizin razılığınızı almağa gəlmişəm. Mə-
nə ərə gələrsinizmi?
O diksinib:

1 ən azı (fran.)
2 Ordu məhv olar, təslim olmaz (fran.)!

546
   541   542   543   544   545   546   547   548   549   550   551