Page 544 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 544
yam Somerset Moem

Tanışım təmkinini pozmadı:
– Sakitləş, eşit gör, nə deyirəm, – dedi. – Mənim
Cenevrədə bir xalam qızı var. İsveçrəlidir. Çox abır-
həyalı bir qızdı, kifayət qədər də cavandı. İndiyəcən ata
ocağında qalmağının da yeganə səbəbi son on beş il
xəstə anasının qulluğunda dayanmağı olub. Anası bu
yaxınlarda vəfat eləyib. Çox savadlı qızdı, sir-sifəti də
yerindədir.
– Hamıya nümunə göstərilə biləcək bir qız, – dedim.
– Lap elə də deməzdim. Amma o, yaxşı tərbiyə
görüb, sənin təklif etdiyin rolun öhdəsindən də layiqincə
gələcək.
– Sən xırda bir detalı unudursan. O, hansı əsasla heç
də gözəl olmayan qırxdoqquzyaşlı bir kişiyə sürgündə
dayaq olmaqdan ötrü öz dostlarını atıb, öyrəşdiyi həyat
tərzindən imtina etməlidir?
Monsieur le gouverneur monoloqunu kəsib çiyin-
lərini elə mənalı çəkdi ki, başı, təxminən, onların arasın-
da görünməz oldu. Sonra bizə sarı döndü:
– Mən bədheybətəm. Bu, özümə də gün kimi
aydındı. Qarşısındakına qorxu, yaxud hörmət hissi aşıla-
yan bədheybətliklər var. Mənim bədheybətliyim isə, sa-
dəcə, gülüş doğurur. Bu ən pisidi. Məni ilk dəfə görən
insanı vahimə bassaydı, dərd yarıydı, faciə burasındadı
ki, onu gülmək tutur. Bilirsiniz, bu səhər bizim misilsiz
mister Uilkins mənə öz heyvanlarını göstərəndə oran-
qutanq Persi mənə əllərini elə uzatdı ki, əgər arada də-
mir çərçivə olmasaydı, bağrına basacaqdı. Elə bil, nə
vaxtdan bəri yoxa çıxan qardaşını görmüşdü. Bir dəfə
Parisdə zooparkı gəzəndə qəflətən eşitdim ki, insana-
bənzər meymun qaçıb. Çıxışa sarı tələsdim. Qorxurdum
ki, məni o qaçqınla səhv salıb tutarlar, heç bir dəlil-sübut
eşitmək istəməyib o meymunun qəfəsinə salarlar.
Arvadı həzin, həm də xırıltılı səsiylə:

544
   539   540   541   542   543   544   545   546   547   548   549