Page 547 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 547
Seçilmiş əsərləri

– Monseur, siz dəli olmusunuz, – dedi.
Mən onun sözünü ağzında qoyub dalısını gətir-
məyə imkan vermədim:
– Yalvarıram, məni dinləmədən cavab verməyə
tələsməyin, – dedim və hər şeyi əvvəldən axıracan oldu-
ğu kimi açıb danışdım.
«Fiqaro»ya verdiyim elanı da ona bəyan etdim. O,
həmin əhvalatı eşidəndə gözləri yaşaranacan güldü.
Sonra təklifi təkrarladım. Təəccüblə soruşdu:
– Siz ciddi deyirsiniz?
– Ömrümdə heç vaxt bu qədər ciddi olmamışam, –
dedim.
– Sizin bu təklifinizin mənim üçün gözlənilən
olduğunu desəm, inandırıcı görünməz. Ərə getmək heç
ağlıma da gəlmirdi. Əslində, yaşım da o yaş deyil. Am-
ma bununla belə, sizin bu təklifiniz barədə fikirləşməyə
dəyər. Mənə xoş gəldi. Amma cavab üçün mənə bir neçə
gün vaxt verin.
Ucadan:
– Mademoiselle, mən çıxılmaz vəziyyətdəyəm, –
dedim, – bir dəqiqə də vaxtım yoxdu! Əgər mənə ərə
gəlməyə razılıq verməsəniz, gərək Parisə qayıdıb təzə-
dən mütaliəyə başlayım. Çünki düz min beş yüz məktub
hələ məni gözləyir.
– İnsafınız olsun, axı mən sizə o dəqiqə necə cavab
verim?! Düz iyirmi beş dəqiqə əvvəl mən siz adda biri-
sinin varlığından belə xəbərsiz idim. Mən gərək dost-
larla, qohumlarla məsləhətləşim.
– Onların bu məsələyə nə dəxli var? Siz müstəqil
insansınız, həm də uşaq deyilsiniz. Vaxt gözləmir. Mən
də gözləyə bilmərəm. Sizə hər şeyi danışdım. Siz ağıllı
insansınız. Məgər uzun düşüncələr ani qəbul olunan
qərara təsir eləyə bilərmi?
– Ümidvaram, siz elə bu dəqiqə məndən cavab
istəməzsiniz? Bu lap ağ olardı.

547
   542   543   544   545   546   547   548   549   550   551   552