Page 552 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 552
yam Somerset Moem
sinə düşəndə Luizanın səkkiz mil yol qət etdiyinin şa-
hidi olub Tom Meytlendə eşitdirdim ki, arvadı heç də ilk
baxışdan göründüyü kimi deyil, gümrahdı. O başını bu-
layıb dedi:
– Yox, yox, onda gümrahlıqdan əsər-əlamət yoxdu.
Ona dünyanın ən yaxşı həkimləri baxıb, hamısının da
qənaəti belə olub ki, həyatı bir tükdən asılıdır. Sadəcə,
qeyri-adi iradəyə malikdi.
O, Luizaya mənim onun səhhəti barədə qənaətimi
çatdırdı.
Əbədi əzabkeş:
– Elə günü sabah bunun haqq-hesabını çəkməli ola-
cam, – dedi. – Mən ölümü gözlərimlə görəcəm.
Mən etiraz etdim.
– Məncə, sizin kifayət qədər gücünüz var, sadəcə,
həvəs lazımdı.
Çoxdan sezmişdim ki, ürəyincə olan mərasimlərdə
o, bütün gecəni səhərəcən rəqs eləməyə hazırdı. Əksinə,
hara ki ürəyincə deyildi, onu darıxdırırdı, onda özünü
pis hiss eləyirdi və Tom onu evə aparmalı olurdu.
– Qorxuram, mənim sözüm sizə xoş gəlməsin.
Luiza nəzakətlə üzümə gülümsədi, amma iri mavi
gözləri çox ciddiydi.
Luiza ərini itirdi. Onlar qayıqda gəzintiyə çıxanda
donmamaq üçün bütün adyallarla Culiyanın üstünü
örtdüyündən özü dəhşətli sətəlcəmdən sonra canını
tapşırdı. Ondan Culiyaya sanballı var-dövlət və bir qız
uşağı miras qaldı. Luiza kirimək bilmirdi. Ümumiyyətlə,
onun bu zərbəyə necə dözdüyü möcüzədi. Dostları göz-
ləyirdilər ki, nakam Tomun ardınca o da bu gün-sabah
son mənzilə yollanacaq. Hamının atadan yetim qalan
qızcığaza yazığı gəlirdi. Çünki onun bu gün-sabah ana-
dan da yetim qalacağına heç kimdə şübhə yox idi. Odur
ki, Luizaya diqqətlərini ikiqat artırdılar. Dostları ona
552