Page 556 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 556
yam Somerset Moem
Göydəki də şahiddi ki, kiminsə məndən ötrü əzab çək-
məsini qəti istəmirəm.
Ayris özü isə mənim nəsihətlərimə belə cavab verdi:
– Yazıq anam, istəyir ki, dostlara qonaq gedəm,
şənliklərdə olam, amma elə evdən çıxmağa məəttələm,
o dəqiqə ürəktutması başlayır.
Amma tezliklə Ayris aşiq oldu. Mənim tanışla-
rımdan biri, kifayət qədər xoş bir gənc ona evlənmək
təklifi etdi və razılığını aldı. Ayris çox xoşuma gəlirdi,
nəhayət, onun da öz həyatının olacağına yaman sevi-
nirdim. Görünür, qız əvvəl bu işin mümkünlüyünü ağ-
lına belə gətirməzdi. Amma günlərin bir günü həmin
gənc insan çox ümidsiz halda yanıma gəlib toyun qeyri-
müəyyən vaxta qədər təxirə salındığını dedi. Demə,
Ayris anasından ayrılmaq istəmirmiş. Əlbəttə, mən ki-
məm ki? Amma Luizayla görüşmək qərarına gəldim.
Dostları çaya dəvət eləmək onun köhnə adəti idi. İndi
yaşlananda şair və rəssamları da öz ətrafına toplayırdı.
Dilucu salam-kəlamdan sonra:
– Eşitdim, Ayris ərə getmək istəmir, – dedim.
– Hələ məlum deyil. Amma mən nə qədər dil-ağız
eləsəm də, tələsməməyi məsləhət bilir. Diz çöküb yalvar-
dım ki, mənə fikir vermə, amma o, anasını belə qoyub
getməkdən qəti imtina elədi.
– Sizə elə gəlmirmi ki, bu addımı atmaq onun üçün
asan deyil?
– Dəhşətdi. Doğrudur, cəmi bir neçə ay gözləmək
lazım gələcək, amma, hər halda, kiminsə özünü mənə
qurban verdiyini fikirləşəndə pis oluram.
– Əziz Luiza, artıq ikisini basdırmısınız, heç cür
başa düşə bilmirəm, niyə axı siz azı ikisini də basdırma-
yasınız?
O, cavabında buz kimi səsiylə:
– Burada gülməli bir şey görmürəm, – dedi.
556